ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd Rend Pol ölkəsində adətən maskarad geyimlərilə qeyd olunan Helloundə özü üçün maraqlı geyim fikirləşib. Belə ki, onun geydiyi qırmızı idman köynəyinin yaxasında...ABŞ-ın dövlət borcu əks olunub. Baki-xeber.com-un gazeta.ru saytına istinadən xəbərinə görə, bu barədə yerli "The Blaze” mətbu orqanı yazıb.
ABŞ-ın Kentukki ştatından senator Pol Ayovaya seçkiqabağı kampaniya çərçivəsində gəlib. Elə orada da axşam fast-fud restoranına zombi cildinde daxil olub. Daha sonra o özünün tvitter səhifəsində yazıb:”Düşünürəm, mənim geyimim zombilərin özündən daha dəhşətlidir”. Namizədin Hellouin üçün seçdiyi bayram geyiminin üzərində isə ABŞ-ın dövlət borcunu göstərən "$18 трлн” yazısı yer alıb.