Bir qədər öncə prezident Ərdoğan Türkiyənin ATV kanalına birbaşa müsahibə verib. PKK terror örgütü ilə kürd xalqının eyni şey olmadığını xüsusi vurğulayan cumhurbaşqanı PKK terroru ilə mücadilənin sonuna qədər davam edəcəyini bildirib. Ən maraqlısı isə odur ki, Ərdoğan 7 iyun seçkilərində ölkənin şərq bölgələrində yüzlərlə qutudan tək HDP-nin səs aldığını və bunun qəti şəkildə saxtalaşdırma əlaməti olduğunu deyib. Bildirib ki, hazırda prokurorluq həmin yüzlərlə səsvermə qutusunun məsələsini araşdırır.
Baki-xeber.com