Bəzi kütləvi informasiya vasitələri tərəfindən qeyri-peşəkarlıq nümayiş etdirilərəkailə-məişət zəminində yaranmış davamlı mübahisələrin nəticəsi olaraq ailə başçısının intihar etməsi hadisəsinioxucu diqqəti cəlb etmək üçün "sensasiya donu” geyindirməklə cəmiyyətə təqdim etməyə çalışırlar.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov baki-xeber.com-a açıqlamasında bildirib ki, həmin kütləvi informasiya vasitələrinin rəhbərləriictimai rəyi çaşdırmaq məqsədilə yalan məlumatları gələcəkdə dərc edəcəkləri təqdirdə, barələrində inzibati və cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi məsuliyyət tədbirləri görüləcəkləri barədə şifahi xəbərdarlıq edilib: "Sahibkar atasının qəbri üstündə özünü güllələyib” başlığı altında ictimaiyyətə təqdim edilmiş informasiya ilə əlaqədar bildiririk ki, həmin hadisə oktyabrın 30-da Ağdaş rayonunun Güvəkənd kəndində baş verib. Belə ki, kənd sakini 1965-ci il təvəllüdlü Mirələm İsmayılov saat 12 radələrində kənd qəbirstanlığında ov tüfəngindən atəş açmaqla intihar etmiş və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Araşdırmalarla müəyyən edilib ki, əvvəllər Ağdaş və ətraf rayonlarda biyan bitkisi kökünün istehsal məqsədi ilə toplanması və təhvil verilməsi işi ilə məşğul olmuş M.İsmayılov, başqa qadınla qeyri-rəsmi ailə qurmaqla azyaşlı övladının olması səbəbindən ailə üzvləri ilə aralarında ciddi narazılıqlar yaranmış, bundan başqa hərraca çıxarılmış avtomobillərin alqı-satqısı prosesində müstəqil ekspert kimi fəaliyyət göstərməklə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pullar alaraq geri qaytara bilməyib. İlkin ehtimallara görə M.İsmayılovun intihar etməsinin səbəbləri həmin xüsusatlardır.
Lakin hadisənin digər səbəblərdən baş vermə fərziyyələri ətrafında istintaq tədbirləri davam etdirilir”.