Hərbi qulluqçumuzun idarə etdiyi MAZ markalı hərbi yük maşını dəmir yol ötürücüsünü keçərkən qatarla toqquşub. Baki-xeber.com bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinə əsasən xəbər verir. Qəza nəticəsində bir nəfər hərbi qulluqçu - avtomobilin sürücüsü əsgər Muxtarlı Məhəmməd Əhməd oğlu xəsarət alıb. Əsgər M.Muxtarlı hərbi tibb müəssisəsinə yerləşdirilib.
Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluqda araşdırma aparılır.