Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası görüşlərə başlayıb. Bu barədə Seçki-2015.az saytına AŞPA nümayəndə heyətindən məlumat verilib.
Müşahidə missiyası bu gün Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşüb. Görüş media üçün qapalı olub.
Onlar həmçinin Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri, eləcə də bitərəf millət vəkilləri ilə görüşüblər.
Qeyd edək ki, sabah müşahidə missiyasının vətəndaş cəmiyyətinin təmsilçiləri, bəzi media rəhbərləri və Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşü gözlənilir.
Qeyd edək ki, 30 nəfərdən ibarət olan AŞPA müşahidə missiyasına ispaniyalı parlamentari Jordi Çukla başçılıq edir.