"Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri kampaniyasında gənclər fəal iştirak edir”. Bu fikri Secki-2015.az saytına açıqlamasında YAP Gənclər Birliyinin Ofisinin rəhbəri, təşkilatın sədr müavini Əli Pənahov deyib.
O bildirib ki, Azərbaycan gəncliyi ölkənin aparıcı qüvvəsidir. Onun sözlərinə görə, gənclər cəmiyyət həyatında, o cümlədən ictimai-siyasi proseslərdə fəal iştirak edirlər.
"Təbii ki, hər bir seçki kampaniyasında da gənclərin imkanlarından geniş istifadə olunur. Qarşıdan gələn parlament seçkilərində iştirak edən siyasi partiyalar da özlərinin seçki kampaniyalarının bütün mərhələlərində gənclərlə sıx əməkdaşlıq edirlər. Şübhəsiz ki, bütün bu amillər Azərbaycan gəncliyinin cəmiyyətin aparıcı qüvvəsi olduğunu bir daha təsdiqləyir”,- deyəƏ. Pənahov qeyd edib.