İsrailin nümayəndə heyəti noyabrın 1-də Azərbaycanda parlament seçkilərini izləmək üçün bu gün günorta saatlarında Bakıya gəlib. Secki-2015.az saytının məlumatına görə, nümayəndə heyətinə İsrailin keçmiş xarici işlər naziri, tanınmış siyasətçi Aviqdor Liberman başçılıq edir.
Nümayəndə heyətinin tərkibinə İsrailin keçmiş xarici işlər naziri, "Naş dom- İzrail” partiyasının lideri, tanınmış siyasətçi Aviqdor Liberman, keçmiş nazir Sofa Landver, İsrail parlamentinin üzvü Konstantin Razbozov, İsrailin ABŞ-dakı keçmiş səfiri, tanınmış siyasətçi Maykl Oren daxildir.