Abşeron rayonuna yeni prokuror təyin olunub. Trend-in əldə etdiyi məlumata görə, Baş Prokuror Zakir Qaralovun əmri ilə İsmayıllı Rayon Prokuroru Rahib Seyidov tutduğu vəzifədən azad edilərək Abşeron Rayonuna prokuror təyin olunub.
Yeni təyinatla bağlı məlumatı Baş Prokuroluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə təsdiqləyib.