Seçki-2015.az saytının məlumatına görə, təhlildə qeyd olunub ki, ATƏT-in EQM hesabatında Azərbaycan və tərəfdaşları üçün başlıca əhəmiyyət kəsb edən 7 mövzuya toxunulub. Bunlar gender bərabərliyi, seçki komissiyaları, müraciət prosedurları, namizədlərin qeydiyyatı prosesi, toplaşma azadlığı, QHT-lərin seçki monitorinqi, diffamasiya qaydaları və mətbuatdır. ATƏT/DTİHB-in tənqidlərinin əsaslılığını daha yaxşı qiymətləndirmək məqsədilə Azərbaycan, Almaniya, Niderland və Norveçdə seçki prosesinin qanunverici müddəalarının müqayisəli təhlili aparılıb. Müqayisəli təhlildə gender bərabərliyindən başqa, bütün başlıca məsələlər öz əksini tapıb, lakin gender bərabərliyini ayrıca, daha beynəlxalq yönümlü perspektivdən təhlil edilib. Təhlildə həmçinin Avropa Parlamenti, AŞPA, ATƏT PA, ATƏT/DTİHB seçki müşahidə missiyaları, eləcə də Venesiya Komissiyası tərəfindən Azərbaycan Respublikasında keçirilən seçkilərlə bağlı rəy və tövsiyələri və onların yerinə yetirilməsi vəziyyəti də öz əksini tapıb.
Hesabatla daha yaxından Avciya.az saytından (http://avciya.az/az/analitiks/32336-azrbaycanda-2015-ci-il-1-noyabr-parlament-sekilri-il-bal-att-dthb-in-ehtiyaclarn-qiymtlndirilmsi-missiyasnn-hesabatna-dair-analtk-thlil.html) tanış olmaq mümkündür.