Seçki məntəqəsi Qaradağlı kənd tam orta məktəbin binasında yerləşir. Məntəqə seçki komissiyasının sədri Gülnurə Muradova bildirib ki, məntəqə üzrə 1227 seçici qeydə alınıb. Onlardan 22 nəfəri səsvermə hüququndan ilk dəfə istifadə edən gənclərdir.
Məntəqə lazımi texniki avadanlıq və metodiki vəsaitlərlə, fasiləsiz rabitə və elektrik sistemi ilə təchiz olunub. Səsvermə kabinələri quraşdırılıb, seçici siyahıları və məlumat lövhələri asılıb. Məntəqə üzvləri tərəfindən hər bir seçiciyə bildiriş təqdim olunub. Səsvermə protokolları və bülletenlər məntəqə seçki komissiyasına gətirilib.
Məntəqə sədrinin sözlərinə görə, cəbhə zonasında yerləşən kəndin sakinləri hər zaman seçki proseslərində fəal iştirakları ilə seçiliblər. Kənddəki ab-hava və seçki məntəqəsində yaradılan şərait Milli Məclisə növbəti seçkilərin də mütəşəkkil keçəcəyindən xəbər verir.