Azərbaycanda keçiriləcək parlament seçkilərinin gedişini izləmək üçün yerli və xarici kütləvi informasiya vasitələri üçün bütün imkanlar yaradılıb. Baki-xeber.com xəbər verir ki, bu barədə Seçki-2015.az saytına Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.
O bildirib ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərini çoxlu sayda yerli və xarici jurnalistlər izləyəcək.