Baki-xeber.com Secki-2015.az saytına istinadən xəbər verir ki, müşahidə missiyasına ispaniyalı parlamentari Jordi Çukla başçılıq edir. Səfər zamanı 30 nəfərdən ibarət komanda Milli Məclisdə təmsil olunan partiyalar, parlament qruplarının rəhbər və nümayəndələri, həmçinin parlamentdən kənar müxalifət partiyaları və hərəkat üzvləri, həmçinin media və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəklər.
Seçki günü nümayəndə heyətinin üzvləri ölkənin müxtəlif regionlarında səsvermənin gedişini izləyəcək. Müşahidələrin yekunu ilə bağlı ictimaiyyətə məlumat veriləcək.