Azərbaycanda seçki günü bütün seçicilərin, beynəlxalq və yerli müşahidəçilərin təhlükəsizliyi üçün lazımi tədbirlər görülüb. Onların təhlükəsizliyi yüksək səviyyədə təmin olunacaq. Baki-xeber.com-un Secki-2015.az saytına istinadən xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) təmsilçisi, polis polkovniki Ehsan Zahidov məlumat verib. O bildirib ki, polislər seçki günü məntəqələrə yalnız xüsusi formada daxil ola bilərlər: "İctimai asayişi nəzarət etdikdən sonra məntəqələri tərk etməlidir”. Ehsan Zahidovun sözlərinə görə, daxili işlər orqanlarının əsas vəzifəsi ictimai asayişə nəzarət etmək, seçicilərə qarşı təzyiq olduğu halda bunun qarşısını almaq və qanundankənar addımlara yol verməməkdən ibarətdir. Polis əməkdaşları, həmçinin, seçki bülletenlərinin məntəqələrə ( seçki prosesindən əvvəl və sonra) eləcə də Mərkəzi Seçki Komissiyasına daşınmasının təhlükəsizliyini təmin edəcək. Daxili İşlər Nazirliyi Azərbaycanda seçki günü təhlükəsizliyin və stabilliyin qarantı olacaq”,- deyə E. Zahidov bildirib.