Dünən Egey dənizində təknənin aşması nəticəsində 21 miqrant həyatını itirib. Baki-xeber.com-un xəbərinə görə, bu barədə Associated Press məlumat yayıb.
Bildirildiyinə görə, miqrantlar Türkiyədən keçməklə Yunanıstana gedirmiş. Xəbərdə o da bildirilir ki, təknə Yunanıstanın Kalimnos adası yaxınlığında batıb. Sahil mühafizə xidməti 138 nəfəri xilas etsə də, 21 nəfərin həyatını qurtarmaq mümkün olmayıb.
BMT-nin hesabatına görə, ilin əvvəlindən dəniz yolu ilə Yunanıstana gedən miqrant sayı 500 mini ötüb.