Türkiyənin Azərbaycandakı Səfirliyinə yeni müşavir təyin olunub. Baki-xeber.com-un Səfirlikdən aldığı xəbərə görə, bu, Murad Karaçantadır. Səfirliyin mədəniyyət və turizm müşaviri Seyid Əhməd bəy Arslanin görəv müddətinin bitməsilə bu postda onu əvəzləyən Murad Karaçanta yeni təyinatına qədər İzmirin Mədəniyyət İdarəsinin rəhbəri olub.
Çalışdığı müddət ərzində Azərbaycan media cameəsinin böyük dostuna çevrilən Seyid Əhməd bəyi rəsmi vəzifədə əvəzləyən Murad bəyin onu bu "görəvdə” də əvəzləyəcəyinə inanır, yeni müşavirə xeyirli-uğurlu olsun deyirik.
Baki-xeber.com