Milli Məclisə noyabrın 1-nə təyin edilmiş seçkiləri 40 təşkilatdan 501 beynəlxalq müşahidəçi izləyəcək. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, seçkiləri izləmək üçün ümumilikdə 66 min müşahidəçi qeydiyyatdan keçib.