Bu mənada hətta Azərbaycana qibtə etdiyini deyən A.Voronenko Ukraynada hakimiyyətin reytinqinin çox aşağı olduğunu bildirib. Qərbin Azərbaycana təzyiq cəhdlərinə gəlincə, A.Voronenko deyib ki, bu, Bakı ilə Moskva arasında siyasi yaxınlaşma ilə bağlıdır. "Qərb müəyyən mərhələlərdə Azərbaycana təzyiq göstərir. Amma rəsmi Bakı öz yolu ilə gedir və iqtisadiyyatını inkişaf etdirir. Hesab edirəm ki, Azərbaycan xarici siyasət kursunu dəyişməyəcək və siyasi nəhənglər arasında manevr imkanlarını davam etdirəcək”. Aleksey Voronenko deyib ki, Azərbaycanın öz mövqeyi var: "Milli maraqlara xidmət edən bu mövqeyə hörmətlə yanaşmaq lazımdır. Qərb isə xüsusilə qonşu ölkələrlə qarşılıqlı maraq doğuran münasibətlər qurmaq istiqamətində işləməlidir”.