"Azərbaycanda parlament seçkilərinə hazırlıq yüksək səviyyədə aparılıb. Bu cür hazırlıq seçkilərin şəffaf və ədalətli keçəcəyini deməyə əsas verir”. Baki-xeber.com-un məlumatına görə, bu fikirləri "Artur Filkenşteyn və Assosiasiyası”nın əməliyyatlar üzrə direktoru Jo An Barnhart Secki-2015.az saytına açıqlamasında deyib.
O bildirib ki, təmsil etdiyi qurumun dəvətilə "exit-poll” keçirmək üçün ABŞ-dan 25 mütəxəssis dəvət edilib. "Əməkdaşlarımız arasında professorlar, müəllim və tələbələr də var. Biz 2013-cü ildə keçirilən prezident seçkilərində də burada işləmişik. O zaman da şəffaf seçkilərin keçirilməsinin şahidi olduq. Burada yenidən olmaqdan çox məmnunam. Deyə bilərəm ki, Azərbaycan çox yaxşı seçki keçirmək təcrübəsinə malikdir. Şəffaf mühit seçkinin ədalətli keçirilməsinə zəmin yaradır”,- deyə Barnhart qeyd edib.
Qərbin seçkilərlə bağlı Azərbaycana təzyiq cəhdlərinə gəlincə, ABŞ-lı mütəxəssis burada hər hansı çatışmazlıq və nöqsanla rastlaşmadığını bildirib.