Azərbaycan milli təhlükəsizlik nazirinin birinci müavini general-leytenant Mədət Quliyevin əmrilə nazirliyin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin rəisi vəzifəsi general-mayor Hafiz Musayevə həvalə olunub. Bu barədə baki-xeber.com lent.az-ın xəbərinə əsasən bildirir. H.Musayev bu təyinata qədər həmin idarənin rəis müavini olub. Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arif Babayev açıqlamasında bununla bağlı dəqiq məlumatı günün sonunda verə biləcəyini deyib.
Xatırladaq ki, adıçəkilən idarənin rəisi Nizami Şirinov ötən gün M.Quliyevin əmrilə tutduğu vəzifədən azad olunmuşdu.