Cümə axşamı günü, 05 noyabr 2026
     

"Çekistlərin" "Texnikabank" sahibi Etibar Əliyevə yaşatdıqları detektiv roman süjeti kimi...

Image


MTN-in ifşa edilən şəbəksinin əməlindən zərər çəkənlərdən biri də "Texnikabank"ın sabiq rəhbəri Etibar Əliyevdir. Bir neçə gün əvvəl "Texnikabank"ın keçmiş sədri Etibar Əliyevin yenidən həmin bankın rəhbərliyinə qaytarılacağı haqda xəbərlər dolaşırdı. Artıq həmin məlumatlar öz təsdiqini tapmış olub. Belə ki, bankda toplantı keçirilib və E.Əliyev "Texnikabank"ın Müşahidə Şurasının sədri seçilib.
Hazırda bankda Milli Bankın nümayəndələrinin iştirakı ilə təhvil-təslim işlərinin getdiyi bildirilir.
E.Əliyev mediaya açıqlamasında faktı təsdiq edib. O bildirib ki, ilk işi bank kollektivi ilə toplantı keçirib yaranmış problemləri dəyərləndirmək, təhlil etmək və bu problemlərin həlli yollarını tapmaq olacaq. O, bankın əvvəlki nüfuzunun geri qaytarılacağını qeyd edib.
Bundan başqa, bankın mərkəzi ofisi yenidən Atatürk prospektində yerləşən binaya köçürüləcək.
Onu da qeyd edək ki, E.Əliyev yaxın günlərdə mətbuat konfransı keçirməyi planlaşdırır.
Xatırladaq ki, bir neçə il əvvəl E.Əliyev MTN tərəfindən həbs edilmişdi. Ardınca isə nazir Eldar Mahmudov bankı qudası Cahangir Hacıyevə vermiş və adı dəyişdirilərək "Bank Technique" adlandırılmışdı. C.Hacıyevin qısamüddətli rəhbərliyi vaxtında isə bank defolt vəziyyətə düşdü.
Qeyd edək ki, sözügedən bank rəhbərinin həbsi də ölkəni bürüyən və barəsində geniş bəhs olunan sabiq MTN rəhbərliyinin törətdiyi cinayət kateqoriyasına aid edilə bilər. Etibar Əliyevin həbsindən əvvəl MTN-in ifşa olunan qanadı vasitəsilə onun barəsində öz nəzarətlərində olan KİV-lərə yalan məlumatlar ötürülürdü. Sonradan isə həmin xəbərlər məqsədli şəkildə şəbəkəyə aid olan və adına media deyilən quruluşlar vasitəsilə tirajlanırdı.
Bu sahədə geniş torbatikmə təcrübəsinə malik olan keçmiş MTN-çilər dövriyyəyə buraxılan həmin dezinformasiya tipli məlumatlarla Etibar Əliyevi şərləyərək həbs etməyə və onun əmlakına əl qoymağa hazırlaşırmış.
Həmin vaxt Etibar Əliyev barəsində dövriyyəyə buraxılan və onun həbsinə nail olduqdan sonra heç də təsdiqini tapmayan məlumatlara diqqət edək.
MTN-lə yaxından "paslaşan" KİV-lərdən birinin dərc etdiyi materiala diqqət edək:
"Xatırlayırsınızsa, ötən saylarımızın birində Etibar Əliyevin həbsindən sonra "Texnikabank" ASC-də mülkiyyətçinin və rəhbərliyin dəyişdirildiyini bildirmişdik. Məsələ ilə bağlı etibarlı mənbənin məlumatına əsasən qeyd etmişdik ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, baş maliyyə direktoru İsmayılov Rövşən İsmayıl oğlu "Texnikabank" ASC-nin Müşahidə Şurasının yeni sədri vəzifəsinə təyin olunub. Özü ilə birlikdə 10 nəfərlik kollektivlə bankın rəhbərliyinə gələn Rövşən İsmayılov təcrübəli, öz işini bilən peşəkar kadrların köməkliyilə tez bir zamanda Etibar Əliyevin və digərlərinin səhvlərini düzəltməyi planlaşdırır. Bu barədə məlumat verən mənbənin sözlərinə görə, yeni rəhbərlik artıq bu istiqamətdə bir sıra ciddi addımlar atmağa müvəffəq olub. "Texnikabank"a yeni gələn heyət Rövşən İsmayılovun başçılığı ilə bankda elə bir işin üstünü açıb ki, bununla Etibar Əliyevin qanundankənar hərəkətlərə yol verdiyi bir daha aydın olur. Məsələn, qısa vaxt ərzində aparılmış araşdırmalardan sonra məhz Etibar Əliyevin göstərişilə bankdan 200 min manatlıq obyekt üçün nə az, nə çox düz 1 milyon manat pulun kredit verildiyi məlum olub. Həmçinin, bu zaman müştərilərdən "şapka" alındığı da müəyyənləşdirilib. Bu cür faktlar yüzlərlədir. Yəqin ki, Rövşən İsmayılov və komandası mərhələ-mərhələ onların hamısını araşdırıb vəziyyətin nə yerdə olduğuna aydınlıq gətirəcək".
Bəs bəh-bəhlə təriflənən yeni komandanın gəlişindən sonra "Texnikabank"da nələr baş verdi? Aydın oldu ki, banka təyin olunan yeni rəhbərlik nəinki oranı inkişaf etdirdi, əksinə, qısa müddət ərzində həmin bankı defolt həddinə saldılar. Elə bu səriştəsizliyin özündən də göründü ki, həmin dairələrə bankı dirçəltmək yox, onu Etibar Əliyevin əlindən zorla almaq lazım imiş.
Məlum şəbəkəyə aid başqa bir KİV isə Etibar Əliyevi belə şərləyirdi: "Etibar Əliyevin bir neçə il ərzində həyata keçirdiyi digər qanunsuz bank əməliyyatları da ifşa olunub. Bununla bağlı məlumat verən mənbə bildirir ki, Etibar Əliyev və "Texnikabank"ın bir neçə filialının rəhbəri Bakı şəhərindəki kimsəsizlərin - "bomj"ların adından istifadə edərək külli miqdarda qazanc əldə ediblər. Məlum olub ki, kimsəsiz insanlar ilk əvvəl normal görüntüyə gətiriliblər. Yəni onlar üzləri qırxılıb, hamam qəbul edib bahalı geyimlərlə təmin olunduqdan sonra adlarına şirkətlər, MMC-lər təsis edilib. Bunun ardından həmin kimsəsizlər şirkət rəhbəri kimi "Texnikabank"ın filiallarında təqdim olunaraq müxtəlif sənədləri imzalayıblar. Nəticədə təxminən 10 milyon manata yaxın vəsait mənimsənilib və ayrı-ayrı məmurların qeyri-qanuni yollarla əldə etdikləri pullar "təmizə çıxarılıb". Və artıq bu işlə bağlı kifayət qədər ciddi faktlar ortaya çıxıb. Həm də məlum olub ki, hüquq-mühafizə orqanları zamanında bu işlərdən bəzilərinin izinə düşsə də, həmin kimsəsiz insanlar günahkar kimi təqdim olunub və məsuliyyətə cəlb ediliblər".
Hansısa "bomj"ların adı ilə milyonları mənimsəmək kimi nağıllara ancaq onu yazanlar və həmin yazını sifariş verənlər inana bilərdi.
Nəhayət, MTN Etibar Əliyevin həbsinə nail olur və bank onun əlindən alınır. Amma çirkin oyun bununla da bitmir. Azğınlaşmış və başqalarının bədbəxtliyi üzərində öz xoşbəxtliyini təmin etmək istəyən şəbəkə Etibar Əliyevin adı ilə başqa nüfuzlu şəxsləri də şantaj etmək istəyib. Çox böyük ehtimalla həmin şəxslərdən də şantaj üsulu ilə nələrsə qoparılıb. Gəlin MTN-in öz şəbəkə mətbuatına ötürdüyü şantaj xarakterli xəbərə diqqət edək: "Himayədarlarının ona arxa durmadığını görən Etibar Əliyev artıq danışmağa qərar verib. O bu işdə əli olan hamının adını çəkəcək və çox güman ki, onların arasında tanınmış nazirlərin də adı var. Etibar Əliyev kimlərlə əlbir olduğunu, kimlərə, nə vaxt və nə qədər pul verdiyini, həmçinin himayədarlarının kimlər olduğunu bəyan edəcək. Hələlik məlum olan odur ki, bu işdə, yəni bankdakı böyük pulların itkin düşməsində kənd təsərrüfatı naziri İsmət Abasov başda olmaqla, bir neçə nazir və məmurun adı hallanır. Deyilənə görə, məhz onlar külli miqdarda vəsaitin "Texnikabank"dan itkin düşməsinə səbəb olublar. Odur ki, artıq Etibar Əliyevin susmaq fikri yoxdur. O hələ də çoxlarına qaranlıq qalan bir çox mətləblərə aydınlıq gətirəcək".
Nəticə eibarilə Etibar Əliyevin işinə görə heç bir nazir istintaqa cəlb edilmədi. Onda bu tip şantaj nəyə lazım idi?
Yəqin ki, istintaq orqanları bu versiyanı da saf-çürük edəcək. Həmin ərəfələrdə Etibar Əliyevin şərlənmə prosesində "Texnikabank"da 38 milyona yaxın əmanətin batmasına dair də informasiyalar dövriyyəyə buraxıldı. MTN-in şərinə yalnız Etibar Əliyev deyil, onunla bərabər: İdarə Heyətinin sabiq sədri Samir Hüseynov, Bakı filialının rəhbəri Zal Yusifov və filialın əməkdaşları Vüqar Behbudov, İslam Yusifov, Səmayə Məmmədova, Ramal Yusifov, Rauf Əhmədov, Ülvi Hüseynov, Fəxri Hüseynov, Dağıstan Nəsirov, Akif Həsənov, Elşən Həsənov, İntiqam Sultanov, Mübariz Zeynalov, Saleh Qasımov, Məhəmməd Mürsəlov həbs edildilər. Ümumilikdə 30-a yaxın bank işçisi dəmir barmaqlıqlar arxasına salındı.
MTN-in əli ilə məlum şəbəkə Etibar Əliyevi azadlığa çıxandan sonra da sərbəst buraxmırdı. O, yeni mövzularla bağlı gündəmə gətirilirdi. İnsanın haqları uğrunda mübarizə aparması onları qane etmirdi. Görün, Etibar Əliyev azadlığa buraxılandan sonra onun barəsində nələr dövriyyəyə buraxılırdı...
"Qeyd edək ki, bir müddət həbs həyatı yaşayan Etibar Əliyev 2012-ci ilin noyabrından azadlıqdadır. Düzdür, hazırda onun bankdakı payı xeyli azdır. Belə ki, 2012-ci ilin oktyabrında "Texnikabank" adını dəyişdirərək "Bank Technique" kimi fəaliyyətini davam etdirməyə başlayıb və E.Əliyev yeni bankda əvvəlki hüdudsuz səlahiyyətlərə malik deyil. Amma bu onun tam səlahiyyətsiz və müflis olması anlamına da gəlmir. Birincisi, "Texnikabank"la bərabər, "KredAqro" da onun nəzarətində idi. "KredoAqro"nun Həsən Əliyev 63 ünvanında yerləşən baş ofisi Etibar Əliyevin həyat yoldaşı Sevda Əliyevanın, "KredAqro"nun Abşeron və "Xalqlar dostluğu" filialları isə Etibar Əliyevin oğlu Kəramət Əliyevin adına olub. Son insidentə kimi "KredAqro"nun bütün bank əməliyyatları "Texnikabank"da aparılırdı. Bankın törəmə müəssisəsi olan "Alfa-Sığorta"da müştərilər çox yüksək faizlə sığortalanırdı. Həmçinin, Etibar Əliyevin yaxın dostu, "Texnikabank"ın Müşahidə Şurasının keçmiş üzvü Məcid Əsədov yüksək əməkhaqqı ilə Eldar Cəfərova birinci müavin gətizdirilmişdi. Etibar Əliyevlə Eldar Cəfərov müxtəlif yollarla qazandıqları pullarla "İnvest Kredit" İttifaqını yaratmışdılar".
Azğınlaşan şəbəkə hətta 1975-ci ildə Laçın rayonunda anadan olmuş "Oray" MMC-nin rəhbəri Qaşqay Həsənovun 2009-cu ildə özünə qəsd etməsində də bank rəhbərini təqsirləndirmək istəyirmiş. Bu mövzu ilə bağlı dövriyyəyə buraxılan məlumatlara diqqət edək: "Mənbənin məlumatında bildirilir ki, Qaşqay Həsənov məhz Etibar Əliyevin rəhbərliyi dövründə "Texnikabank" ASC və "KredAqro" BOKT üçün yer alıb ofis binaları tikdirib. O, 2009-cu ildə intihar etdikdən sonra bəzi nüfuzlu şəxslər tərəfindən qardaşlarına müxtəlif formalı hədə-qorxular gəlindi. Həmçinin, Etibar Əliyevlə "KredAqro" BOKT-un o zamankı rəhbəri Eldar Cəfərovun himayədarları Qaşqay Həsənovun intihar səbəblərini ört-basdır etməyə müvəffəq oldular. Bununla da "KredAqro"nun rayon filialında Qaşqay Həsənovla bağlı olan 100 minlərlə dəyərində kreditin taleyi qaranlıq qaldı. Və heç kim bu məsələ ilə maraqlanmadı".
Hər halda, ilahi ədalət deyilən bir məfhumun olduğu burada özünü aydın büruzə verir. Etibar Əliyev uzun müddət rəhbəri olduğu banka qayıtdı, onu şərləyənlər isə həbsə getdi. Təbii ki, Prezident İlham Əliyevin cəsarətli ifşa addımlarının açdığı imkanların sayəsində...
Məhəmmədəli QƏRİBLİ
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ