Cümə axşamı günü, 05 noyabr 2026
     

Əflatun Amaşovun Saatlı seçicilərilə sonuncu təşviqat görüşündə 700-dən artıq seçici iştirak etdi

Image


Oktyabrın 27-də Azərbaycan Respublikasının Milli Məglisinə 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd Əflatun Amaşov Saatlı rayonunun mərkəzində seçicilərlə görüş keçirib. Rayon mərkəzinə yaxın kəndlərin sakinlərinin də qatıldıqları görüşdən öncə toplantı iştirakçıları olan media nümayəndələri Ümummilli Lider Heydər Əliyevin rayonda ucaldılmış abidəsini ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.

700-ə yaxın seçicinin qatıldığı görüşdə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli, veteran jurnalistlər Məzahir Süleymanzadə və Oqtay Əliyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, «Olaylar» qəzetinin baş redaktoru Yunus Oğuz, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl deputatlığa namizəd barədə fikirlərini bölüşüblər. Çıxışlarda bildirilib ki, Ə.Amaşovun istər Azərbaycan Mətbuat Şurasının sədri kimi, istərsə də media sahəsində daha öncəki fəaliyyəti nümunəviliyi ilə diqqəti çəkib. Bu keyfiyyət namizədin səmimiliyindən, işgüzarlığından və qayğıkeşliyindən qaynaqlanıb. Topladığı təcrübə də imkan verir ki, o, Azərbaycan Respublikasının Milli Məclisi kimi mötəbər tribunada təmsilçilik hüququ qazansın.

Çıxışlarda Ə.Amaşovun ona etimad göstəriləcəyi təqdirdə seçicilərin güvənini doğrultmaq üçün əzmlə çalışacağı birmənalı vurğulanıb. Ə.Amaşov kimi şəxslərin Milli Məclisdə təmsilçiliyinin təkcə bir dairənin seçiciləri deyil, eyni zamanda bütövlükdə ölkə üçün faydalı tərəfləri üzərində dayanılıb. Saatlı camaatının noyabrın 1-də obyektiv seçim edəcəyinə dərin inam hissi ifadə olunub.

Deputatlığa namizəd Ə.Amaşov çıxışına özünün seçki kampaniyası çərçivəsində indiyədək keçirdiyi görüşlər barədə məlumat verməklə başlayıb: «Seçkiqabağı təbliğat-təşviqat kampaniyasına Qarayevkənd kəndindən başladıq. Fürsətdən istifadə edib mənimlə görüşə gələn, fikir və düşüncələrimi dinləyən, müxtəlif məsələlərlə bağlı təkliflərini səsləndirən saatlılılara minnətdarlığımı bildirirəm. Onların səmimiyyəti, xoş münasibəti məni ruhlandırdı. Eyni zamanda məsuliyyət hissimi bir qədər də artırdı. Düşündüm ki, seçici inamını doğrultmaq bir şəxsin ictimai-siyasi xadim kimi cəmiyyətdə nə qədər özünütəsdiqləmək imkanıdırsa, bir o qədər də vicdan məsələsidir. Əlbəttə, həlli mümkün olan və həllini gözləyən məsələlər var. Zənnimcə, hər bir halda münasibətdən çox şey asılıdır. Hesab edirəm ki, deputat seçicisinə münasibətdə həssas olmalıdır. Mənə etimad göstərib Milli Məclisin üzvü olmağım üçün səs versəniz, bunun qarşılığındakı ən böyük vədim həssaslığım olacaq».

Ə.Amaşov Azərbaycanda bütün sahələrdə dinamik islahatların aparıldığını vurğulayıb. O bildirib ki, görülən işlərdə başlıca məqsəd vətəndaş rifahının təmin olunmasıdır. Ümumilli Lidermiz Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi və zənginləşdirdiyi siyasi kurs da məhz buna söykənir. «Əlbəttə, iş olan yerdə problemlər qaçılmazdır. Ümumən aradan qaldırılması vacib olan çətinliklər qalmaqdadır. Saatlı rayonu da bu baxımdan istisna deyil. Hesab edirəm ki, işlərin yoluna qoyulması deputat-vətəndaş münasibətlərinin səmərəliliyindən asılıdır. Münasibətləri sistemli şəkildə qurmaq üçün seçicilərlə müntəzəm təmaslar şərtdir. Deputat seçiləcəyim təqdirdə sizlərlə daim təmasda olacam. Elə bilirəm ki, münasibətlərimizin sıxlığı çətinliklərin aradan qaldırılmasında effektivlik yaradacaq, bölgənin problemlərinin kompleks həll variantlarını Milli Məclisin komitələrinə, iclaslarına daşıyacaq. Bu, dövlətimiz qarşısındakı xidmətimiz, Prezident İlham Əliyevin həyata keçirdiyi kursa sadiqliyimiz olacaq», - deyən deputatlığa namizəd əlavə edib.

Ə.Amaşov bildirib ki, uzun illər media sahəsində çalışan biri kimi kütləvi informasiya vasitələrinin problemlərinin həllinə çalışmaq da qarşısında duran mühüm vəzifələrdəndir: «Media cəmiyyətin güzgüsüdür. Həm Ümumilli Lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev idarəçilikdə medianın rolunun vacibliyini əsaslandıran fikirlərlə çıxış edib. Mövcud istiqamətdə fundamental əməli tədbirlər də gerçəkləşdirilib. Ümumən onu demək lazımdır ki, güclü media vətəndaşların üzləşdikləri çətinliklərin aradan qaldırılmasına çalışan ən böyük ictimai institutdur. Siz seçicilərin problemləri qəzetlərdə, informasiya agentliklərində, internet saytlarda nə qədər peşəkar şəkildə işıqlandırılsa, həll variantları daha tez tapılar. Media həm də Azərbaycan həqiqətlərinin dünya miqyasında təbliğinin ən effektiv yoludur. Buna görə də jurnalist fəaliyyətini stimullaşdıran, kütləvi informasiya vasitələrinin əməkdaşlarının peşəkarlıqlarının artırılmasına yönələn qanunvericilik sənədlərinin qəbuluna ehtiyac var. Etimadınızı qazanaramsa, bu istiqamdə sistemli iş aparacam».

Deputatlığa namizəd Ə.Amaşov həmçinin qeyd edib ki, vətəndaşların qayğılarına fərdi yanaşma da vacibdir. «Mətbuat Şurasına rəhbərlik etdiyim illərdə ayrı-ayrı insanlarla təmasda olmuşam. Bəzən xırda hesab etdiyimiz həyat qayğıları ilə yüklənənlərinə də rast gəlmişəm. Unutmaq olmaz ki, mənim, sənin, bir başqasının problemi bütövlükdə cəmiyyətin problemini, narazılığını doğurur. Hesab edirəm ki, deputat olmağı düşünən şəxs bu məqamı mütləq şəkildə nəzərə almalıdır. Bir telefon zəngilə həlli mümkün məsələ varsa, heç bir halda köməyini əsirgəməməlidir. Mən bu vaxtadək belə işləmişəm. Bundan sonra da eyni qaydada davam edəcəm. Hər bir Saatlı seçicisinin ümid yeri olacam. Seçiləcəyim təqdirdə nümunəvi deputat kimi təkcə saatlılıların deyil, digər bölgələrdən olan vətəndaşlarımızın da yanında olacam, qayğılarını, çətinliklərini bölüşəcəm», - deyən Ə.Amaşov fikrinə aydınlıq gətirib.

Qeyd edək ki, deputatlığa namizəd Ə.Amaşovun seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində oktyabrın 13-dən başlanan təmaslar 62 saylı Saatlı seçki dairəsinə daxil olan kəndlərin tam əskəriyyətini əhatə edib. Həmin görüşlərdə deputatlığa namizədin həyat və fəaliyyəti, indiyədək gördüyü işlər, eyni zamanda Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunacağı təqdirdə həyata keçirməyi planlaşdırdığı tədbirlər barədə ətraflı məlumat verilib, seçiciləri maraqlandıran suallar cavablandırılıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ