Milli Təhlükəsizlik Nazirliyində "təmizləmə" əməliyyatı davam edir. Vəzifə səlahiyyətlərində sui-istifadə edən, adları müxtəlif qanuna zidd əməllərdə hallanan şəxslər vəzifələrindən kənarlaşdırılır, saxlanır. Baki-xeber.com-un Milli.az-dan əldə etdiyi məlumata görə, MTN-in Tədris Mərkəzinin rəisi, polkovnik Vahid Zeynalov işdən azad olunub. Rəsmi sənəddə onun "sərəncama götürüldüyü" vurğulanır.
Bu günlərdə onun qardaşı - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov da həbs olunub.