MDB missiyasının müşahidəçiləri Azərbaycanda seçkiqabağı vəziyyətin öyrənilməsi üzrə görüşləri davam etdirəcəklər. Bunu Trend-ə MDB missiyasının mənzil-qərargahının rəhbəri Yevgeni Sloboda deyib.
Onun sözlərinə görə, müşahidəçilər ölkənin bütün bölgələrində, eləcə də Naxçıvan Muxtar Respublikasında işləyəcəklər: "Müşahidə missiyasının üzvləri artıq Salyan və Neftçala rayonlarında olublar".