Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsindən sonra sabiq nazirlə eyni rayon və kənddən olan iri və kiçik məmurların işdən çıxarılması prosesinə start verilib. "OLAYLAR”-a daxil olan məlumata görə, artıq əksər dövlət və qeyri-dövlət qurumlarda Şahtaxtı kəndindən olan işçilərə ərizə yazaraq işdən azad olunması tövsiyyə olunub. Məlumata görə, təkcə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında otuza yaxın müxtəlif peşə sahibi məhz bu səbəbdən öz ərizəsi ilə işdən azad edilib.