Mətbuatda məhkum Əli İnsanovun qardaşının vəfat etməsi ilə əlaqədar yas mərasimində iştirakına razılıq verilməməsi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir. Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən baki-xeber.com-a bildiriblər.
Belə ki, onun vəkillərinin bu məsələ ilə bağlı müraciətinə Penitensiar xidmətdə baxılmış, humanizm və mərhəmət nümayiş etdirilərək müsbət qərara qəbul edilmiş və Ə.İnsanova mərasimdə iştirak etmək üçün icazə verilmişdir.
Lakin, Ə.İnsanov özü bu imkandan istifadə etməkdən imtina etmişdir.
Təəssüf ki, belə bir hüzn tədbirini öz maraqları naminə istifadə edən Ə.İnsanovun vəkilləri mətbuatda təhrif edilmiş məlumatlar yaymışlar.
Penitensiar xidmət hesab edir ki, bu kimi hadisədən sui-istifadə edilməsi heç cür mənəviyyata sığmır.