Secki-2015.az saytı xəbər verir ki, mətbuat konfransında R.Abbasov mərkəzin indiyə qədər keçirdiyi tədqiqat praktikası, noyabrın 1-də seçkilər zamanı hansı dairə və məntəqələrdə "exit-poll”un keçiriləcəyi barədə məlumat verib. Onun sözlərinə görə, "exit-poll” seçkilərlə bağlı ictimai rəyin öyrənilməsi baxımından vacib tədqiqat formasıdır: "Tədqiqatlar proqnoz və analitik xarakterlidir. Proqnoz tədqiqatında seçicilərin kimə səsverdiyi, seçici fəallığı öyrənilir. Analitik tədqiqat isə daha dərin və əhatəlidir”.
"Exit-poll” tədqiqatının mürəkkəb olduğunu deyən R.Abbasov bu haqda dünya ölkələrinin təcrübəsindən də danışıb. O, qeyd edib ki, "Rəy” Monitorinq Mərkəzi noyabrın 1-də parlament seçkilərində 10 seçki dairəsi üzrə 60 seçki məntəqəsində "exit-poll” keçirəcək. Bu proses Bakı və Sumqayıt şəhərlərini əhatə edəcək. "Exit-poll”un təşkil olunmasında 100 könüllü kadr iştirak edəcək.