Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənilərin və “ermənikimilərin” himayəçisi İzabel Santosun əsl siması açılır…

Image


İzabel dos Santos - bu ad yəqin ki, Azərbaycanda ictimai-siyasi proseslərlə maraqlanan bir çoxlarına tanışdır. Xüsusilə, ölkəmizə qarşı qarayaxma cəhdlərində bu adın ön planda dayanmasının özü bir çox amillərdən xəbər verir. Bu amilə onun ATƏT-in Parlament Assambleyasının Demokratiya, İnsan Hüququları və Humanitar məsələlər üzrə komitəsində təmsil olunması daxildir. Eyni zamanda, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycana qarşı apardığı "siyasətdə” də bu qadının oynadığı rol kifayət qədərdir. Xüsusilə, Qərbdə fəaliyyət göstərən erməni lobbisinin sifarişləri əsasında "siyasət” yürüdən İzabel dos Santosun öz biznesini artırmaq cəhdini Azərbaycana qarşı qərəz yürütməsilə reallaşdırması isə növbəti faktların araşdırılaraq üzə çıxmasına zəmin yaradır. Xatırladaq ki, o, Avropada biznesmen kimi tanınır.

İzabel, nə qədər qəribə görünsə də, Bakıda, Azərbaycanda anadan olub. O, Anqolanın ikinci prezidenti ölkəsinin azadlığı uğrunda mübarizə aparmış Joze Eduard duş Santuşun sovet vətəndaşı ilə qurduğu evlilikdən olan qızıdır. Joze duş Santuş indiki Neft və Sənaye Universitetində ali təhsil alıb. Lakin valideynləri ayrıldıqdan sonra İzabel anası ilə birgə Londonda yaşayıb. Beləliklə, bu gün Azərbaycana qarşı qərəz və böhtan kampaniyalarında çıxış edən bu qadının həyatının bir hissəsinin ölkəmizlə bağlı olması sadəcə təəssüf doğurur. Ancaq təəssüf doğuracaq digər amillər də var ki, onları apardığımız araşdırmanın sonrakı hissələrində ayrı-ayrılıqda qeyd edəcəyik.

İzabelin öz biznes marağına görə tapdaladığı insan hüquqları

Qeyd etdiyimiz kimi, İzabel dos Santos öz əhatə dairəsində uğurlu biznesmen kimi tanınır. Məsələn, o, Anqolanın məşhur mobil operatoru olan "Unitel”də 25 faizlik paya sahibdir. Bu faiz rəqəmlə əvəzləndikdə 1 milyard (!) ABŞ dolları alınır. Qeyd edək ki, "Unitel”in direktorlar şurasının üzvü, eyni zamanda, Anqolanın BİC bankının gəlirlərinində 25 faizinə sahib olan biznesmen xanım, həmçinin ZON Multimedida kabel televiziyası, o cümlədən digər maliyyə sektoru - Banko BPI-dən 15-20 faiz gəlirlər əldə edir.

Daha bir maraqlı nüans- İzabel London kollecində elektrotexnika sahəsi üzrə təhsil aldığı zaman orada Konqo Demokratik Respublikasından olan Sindika Dokola ilə tanış olur. Sindika isə Kinşasadan olan milyoner və zəngin biznesmenin övladı olub. Hətta onlar 2002-ci ilin dekabrında Luandada ailə qurarkən, onların toy mərasiminin məbləği kifayət qədər gözqamaşdıran olub - 4 milyon dollar. Hələ bu harasıdır? Belçikadan xüsusi xar kopellasından tutmuş, Fransadan ən bahalı mətbəx nümunələrinin və onları hazırlayan aşbaz ordusunun gətirilməsi, o cümlədən toyda 800 nüfuzlu qonağın iştirakı uzun müddət sadə afrikalılara zərbə vurmuş oldu. Toy mərasimində Afrika ölkələrinin bir neçə prezidentləri də iştirak edib.

İzabel dos Santos hazırda Luandada fəaliyyət göstərən gecə klubları və restoranlar şəbəkəsi olan Mayami Biçə və digər biznes şəbəkələrinə sahibdir. Ümumiyyətlə, son 20 ildə o, xüsusilə Anqoladakı biznes maraqlarını artırmaqla məşğuldur. Onun holdinqləri, eyni zamanda, Avropaya da transfer olunub. Məsələn, o, Portuqaliyada nüfuzlu Entreprises şəbəkəsində də mühüm paylara malikdir. Anqola və Portuqaliyadakı kommersiya maraqlarına əlavə olaraq neft və almaz biznesini də qatan bu xanım, o cümlədən Nova Cimangola sement kompaniyasında da önəmli paya malikdir.

Onu tanıyan yerli hüquq müdafiəçiləri, xüsusilə ölkənin tənqidçi jurnalistləri İzabel dos Santosu Anqolanın "şahzadəsi” adlandırır. O cümlədən Anqola prezidentinin ailəsinin xalqın hesabına varlandığını vurğulayırlar. Halbuki, bu gün Anqolada sadə vətəndaşın günlük gəliri 2 ABŞ (!) dollarından yuxarı deyil. Beləliklə, Anqolaya qazanc mənbəyi kimi baxan, eləcə də xalqının səfalət və diktatura rejimində yaşamasını "görməyən” İzabel dos Santos, necə deyərlər, biznes marağını humanizm prinsiplərindən üstün tutur. Əgər belə olmasa idi, onun haqqında olan informasiyaların ən azı bir-ikisində humanitar kampaniyalar aparmasının şahidi olardıq. Ancaq o, bu gün Avropada – ATƏT-də oturub ümumiyyətlə anlamadığı demokratiya prinsiplərini Azərbaycana qarşı yürütməyə çalışır. Ancaq hansı "sübutlarla”?

Erməni lobbisinə bağlılığın daha bir sübutu

Sirr deyil ki, Azərbaycanın dövlətçilik maraqlarına qarşı aşkar şəkildə çıxış edən Leyla və Arif Yunuslar, eləcə də onlarla birgə digər şəxslərin müdafiəçiləri qismində çıxış edən İzabel dos Santos zaman-zaman ölkəmizin maraqlarına qarşı qərəzli fikirlər səsləndirib. İstər ATƏT-in tribunasından, istərsə də təşkil edilən digər konfrans kürsülərindən bilavasitə erməni maraqlarına dəstək verən çıxışlar etmiş İzabel dos Santos hazırda da eyni mövqedə qalmaqdadır. Söz yox ki, burada biznes maraqları ilə yanaşı, siyasi biznes maraqlarının da olması artıq aşkar görünür. Çünki İzabel dos Santosun erməni lobbisi ilə iş birliyini təsdiq edən növbəti sübutlar da ortadadır. Nə qədər qəribə görünsə də Bakıda anadan olmuş İzabel dos Santos məhz paytaxtımızda gələcək həyatını müəyyənləşdirmiş erməni iş adamı Qalust Qülbenkyan adını daşıyan fondla qızğın iş birliyindədir. Qalustyanın adını daşıyan fond ermənilərin xaricdə fəaliyyət göstərən aparıcı lobbilərindən biri sayılır. O cümlədən Qalust Qülbenkyan fondunun baş ofisi İzabel dos Santosun xüsusi önəm verdiyi və məskunlaşdığı Portuqaliyada yerləşir. Burada təsadüfdən danışmağa dəyməz. Sadəcə təəssüf etmək olar ki, hər iki halda bu adların Azərbaycanın paytaxtı Bakı ilə əlaqəsi mövcuddur.

Bəs kimdir Qalust Qülbenkyan? Dəyərli oxucularımıza xatırladaq ki, bu erməni maqnatı 1887-ci ildə Londonda Kral kollecini bitirdikdən və neftçi-mühəndis diplomunu əldə etdikdən sonra birbaşa Bakıya gəlib. O, burada yerli neft istehsalının və sənayesinin sirlərinə yiyələnib. Daha sonra isə Azərbaycanda praktiki cəhətdən öyrəndiklərini xarici ölkələrdə tətbiq edib, kitablar yazıb.Onun adını daşıyan Qalust Qalustyan fondu təsis edilib. Bu fond uzun illər türk dünyasına qarşı aparılan erməni terrorunu maliyyələşdirən bir qurum kimi tanınır.

Yeri gəlmişkən, bu gün Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağ ərazisinə Suriyadan gətirilmiş ermənilərin yerləşdirilməsi, onlara evlərin tikilməsi, o cümlədən sosial infrastrukturların yaradılması kimi hallarda Qalust Qülbenkyan fondunun xüsusi canfəşanlıqları mövcuddur. İzabel dos Santosun yeni biznes maraqlarının təminatında bu erməni fondunun rol alması, eyni zamanda, Anqola prezidentinin zəngin qızının Avropa qurumunun kürsüsündən Azərbaycana qarşı təbliğat aparmasının heç də təsadüfi olmadığı bir daha sübuta yetirilmiş olur.

Görünür, bu səbəbdən, Leyla Yunus, Arif Yunus, Xədicə İsmayıl, Rauf Mirqədirov və digərlərinin "təəssüblərini” çəkən İzabel dos Santosun indi də Azərbaycanda parlament seçkiləri ərəfəsində biznes maraqlarını artırmağa başlayıb. Bu işdə isə Qalust Qülbenkyan fondu ona sifarişlər verib. Ancaq indidən deyə bilərik ki, İzabel dos Santosun budəfəki biznesi uğur əldə edə bilməyəcək. Çünki qarşıdan gələn parlament seçkilərində ilk növbədə xalqın marağı mövcuddur. Xalq marağını isə biznes maraqları üstələyə bilməz...

Secki-2015.az



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ