Akif Çovdarovun oğlu Milli Məclis aparatında tutduöu postdan azad edilib. Bu barədə baki-xeber.com aznews.az saytına istinadən bildirir.
Xəbərə görə, MTN-in sabiq idarə rəisi, eks-nazir Eldar Mahmudovun "kassiri” kimi tanınan general Akif Çovdarovun oğlu Ruslan Çovdarov Milli Məclis aparatındakı məsləhətçi vəzifəsindən çıxarılıb. Xəbərdə o da qeyd olunur ki, hazırda Milli Məclis aparatında Akif Çovdarovun digər qohumu da işləyir, ancaq mənbə onun sonrakı taleyi barədə informasiyaya malik deyil.