"Milli Təhlükəsizlik Nazirliyi tərəfindən digər hüquq-mühafizə orqanları ilə birlikdə Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir”.
Bunu APA-nın Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilərlə bağlı təhlükəsizlik üzrə hansı işlərin aparıldığına dair sorğusuna cavab olaraq, Milli Təhlükəsizlik Naziliyinin İctimai Əlaqələr İdarəsinin rəisi Arif Babayev deyib.