Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova məxsus göydələnlərin tikintisi dayandırılıb.
AzNews.az xəbər verir ki, nazir işdən çıxarılandan sonra Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində "Kristal MMC” tərəfindən ucaldılan çoxmərtəbəli binalarda işlər saxlanılıb. Müştərilərə çox cəlbedici ipoteka şərtləriylə satılan balarda hazırda heç bir tikinti işləri aparılmır.