"Noyabrın 1-də keçiriləcək parlament seçkiləri Azərbaycanın dünyaya göndərdiyi müsbət mesaj olacaq”. Bunu Secki-2015.az saytına açıqlamasında pakistanlı siyasi ekspert, seçkilərin müşahidəsi üzrə analitik Malik Ayub Sumbal bildirib. O seçkilərdə Azərbaycan xalqının öz istəyinə uyğun demokratik şəkildə seçim edəcəyinə əminliyini bildirib.
"Azərbaycan artıq inkişaf etmiş ölkədir və Bakıdakı çoxmillətli paytaxtlara məxsus həyat tərzindən bunu hər kəs görə bilər. Bu parlament seçkiləri ölkədəki demokratiyanın əsaslarını daha da gücləndirəcək. Əminəm ki, bu seçkilər siyasi institutlar və insanların şüurunda demokratiyaya meyli gücləndirəcək”,- deyə Malik Ayub Sumbal söyləyib.