Azərbaycan regionda mühüm yer tutur. Bu ölkə sabitliyi və inkişafı qoruyub saxlamağı bacarıb. Seçki-2015.az saytının xəbərinə görə, Rusiya XİN-in Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin direktoru Stanislav Çernyavski "Parlament seçkiləri ərəfəsində Azərbaycan” mövzusunda təşkil olunan Bakı ilə Moskva arasında keçirilən video-körpü zamanı belə deyib.
Bildirib ki, son 10-15 ildə Azərbaycan insan haqlarının müdafiəsilə bağlı müxtəlif beynəlxalq təşkilatlarla görüşlər keçirib: "Azərbaycanın AŞPA, Avropa İttifaqı, eləcə də digər beynəlxalq qurumlarla yaxşı münasibətləri var. Amma bu təşkilatlar onlara olan etimadı düzgün qiymətləndirmirlər”.