"2015-ci il parlament seçkilərinə hazırlıq prosesində əvvəlki illərlə müqayisədə aşkar dəyişikliklər var”. Seçki-2015.az saytının xəbərinə görə, MSK sədri Məzahir Pənahov Rusiyanın "Rossiyskaya qazeta”ya müsahibəsində belə deyib.
Bildirib ki, bu illər ərzində qazanılan təcrübə sayəsində bütün yerlərdə çatışmazlıqlar daha az olub, müvafiq olaraq seçicilər tərəfindən narazılıqlar da azalıb: "İllər ötdükcə "seçkilər ideal keçirilməlidir” kimi keçmiş sovetdən qalan dəyişməz göstərişlərdən xilas oluruq. Milli Məclisdə deputat yerlərinə namizədlərin çox olması seçicilərə geniş seçim imkanı verir. Belə vəziyyət siyasi partiyalara onların fikrincə, ən layiqli namizədləri ictimaiyyətə təqdim etmək imkanı verir. Biz isə qanuna sadiqik, namizədin və ya onun təmsil etdiyi partiyanın hansı siyasi xəttin tərəfdarı olmasından asılı olmayaraq, sənədlər Seçki Məcəlləsinin tələblərinə cavab verirsə, bütün toplanmış imzalar düzgündürsə, MSK-da qeydiyyat zamanı heç bir problem yaranmır. MSK-nın vəzifəsi hər bir namizəd üçün demokratik prinsiplərə müvafiq olaraq bərabər şərait yaratmaqdır”.