MTN-in sabiq rəhbərliyinin nəzarətində olan banklardan biri də "Zaminbank”dır. AzNews.az xəbər verir ki, bu barədə məlumatı Yeni Müsavat qəzeti yayıb.
Qəzetin məlumatına görə, bu banka nəzarəti əsasən MTN-in Transmilli Cinayətkarlıqla Mübarizə İdarəsinin sabiq rəis müavini, hazırda məhkəmənin hökmü ilə 3 aylıq həbs cəzası almış Füzuli Əliyev edirmiş. Onun qardaşı sözügedən bankda filial müdiri vəzifəsində çalışır.
Məlumatda qeyd olunur ki, "Zaminbank” vasitəsilə hər gün 10 milyonlarla pul Bakıdan MDB ölkələrinə, həmçinin Türkiyəyə və Dubaya daşınır. Bəzi mənbələrin iddiasına görə isə "Zaminbank” vasitəsilə Azərbaycandan hər gün qaçaq yollarla ən azı 50 milyon dollar nağd vəsait xaricə aparılır.