Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün ölkəmizə müşahidə missiyası göndərəcək. Bu barədə Seçki-2015.az saytına açıqlamasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov məlumat verib.
R.Həsənov bildirib ki, müşahidə missiyası 14 nəfərdən ibarətdir. Onun sözlərinə görə, missiya oktyabrın 28-də Azərbaycana gələcək. Səfər noyabrın 2-dək davam edəcək.