Onun sözlərinə görə, beşinci çağırış deputat seçkilərində namizədlərin sayı əvvəlki seçkilərdən daha çoxdur: "Budəfəki seçkiləri digərlərindən fərqləndirən daha bir məqam veb-kameralar quraşdırılan məntəqələrin sayının çox olmasıdır. Artıq 119 seçki dairəsində, 1000 seçki məntəqəsində kameralar quraşdırılıb. Bu kameralarla, səsvermə kabinələri istisna olmaqla, dairə və məntəqələri izləmək mümkün olacaq. Bundan əlavə 53 ölkədən seçkiləri müşahidə etmək üçün nümayəndə heyətləri gələcək. Yəni, seçkilərin monitorinqi yüksək səviyyədə təşkil olunacaq”.
Politoloq bildirib ki, namizədlərin seçkiqabağı təbliğat-təşviqat kampaniyası normal ahəngdə davam edir: "Siyasi partiya və bloklar istənilən vaxtda mitinq keçirə bilirlər. Bəzi siyasi partiyalar isə qapalı salon və məhəllələrdə görüşlər keçirməyə üstünlük verir. Yəni, namizədlər seçkiqabağı təbliğatlarını yüksək səviyyədə həyata keçirə bilirlər. Bununla yanaşı seçicilərə namizədlərin yazılı materialları göndərilir. Bu da onların təbliğatlarında mühüm rol oynayır”.
Seçkiqabağı təbliğat-təşviqat kampaniyasının qurulmasında hər hansı bir problem yaranmadığını deyən Q.Hüseynli bildirib ki, bu proseslər qeydə alınan namizəd və partiyalar tərəfindən uğurla davam etdirilir.