14 noyabr tarixində ABŞ prezidenti Barak Obama G20-nin Sammitində iştirak etmək üçün Antalyaya səfər edəcək. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən bildirir.
Ağ Evdən bildiriblər ki, 14-22 noyabr tarixlərində prezident Obamanın Türkiyə, Filippin və Malayziyaya səfərləri planlaşdırılıb.
"Prezident Obama G20-nin Antalya Sammitində iştirak edəcək. Sammitdə dünya iqtisadiyyatının güclü, davamlı və balanslı inkişafı təşviq ediləcək” – deyə Ağ Evin açıqlamasında bildirilir. Bundan əlavə, Obamanın Filippində Asiya-Sakit Okean iqtisadi əməkdaşlıq Sammıtındə, həmçinin Malayziyada ABŞ-ASEAN və Şərqi Asiya ölkələrinin Sammitində iştirakı nəzərdə tutulur.