Cümə axşamı günü, 05 noyabr 2026
     

Erməni mətbuatı Azərbaycan müxalifətini (niyə) təbliğ edir?

Image


"Seçkilər" Media Mərkəzi Ermənistanda nəşr olunan mətbuat orqanlarının, eləcə də sayt və portallarının Azərbaycanın radikal müxalifət partiyalarınaistinad etməsi və bu düşərgənin həyatında baş verən ən xırda hadisənin belə dərhal erməni saytlarında yer alması barədə analitik yazı dərc edib. Baki-xeber.com həmin yazını diqqətinizə çatdırır:

 Ermənistanda nəşr olunan mətbuat orqanlarının, eləcə də sayt və portallarının Azərbaycanın radikal müxalifət partiyalarından biri hesab edilən və AXCP-nin mətbu orqanı sayılan "Azadlıq” qəzetinə istinad etməsi, birinci hadisə deyil. Xüsusilə, ölkəmizdə önəmli ictimai-siyasi, mədəni və böyük idman tədbirləri ərəfəsində canlanan erməni mətbuatı demək olar ki, "Azadlıq” qəzeti ilə əməkdaşlıq prizmasında fəaliyyət göstərir. Ortada isə yalnız bir fərq var. "Azadlıq” qəzeti heç vaxt Ermənistanda cərəyan edən real hadisələri –xalqın sosial problemlərini, sadə insanların aclıq və səfalət halında yaşamalarını, Sarkisyan rejiminin zorakılığını, siyasi məhbusların mövcudluğunu, söz və ifadə azadlığının pozulmasını və digərlərini işıqlandırmır. Lakin bütün bunların yerinə, güclü erməni lobbisinin maliyyələşdirdiyi və Qərbdəki qaranlıq siyasi dairələrin oturduğu mərkəzi pultdan "beşinci kolon” funksiyasını icra edir. Əslində, bu mövzu haqqında dəfələrlə və çoxsaylı faktlara əsaslanan yazılar dərc edilib. Hətta sosial şəbəkə vasitəsilə xəbər mübadilələrinin aparılması, davamlı iş birliyinin qurulması haqqında sübutlar da mövcuddur. Bundan nəticə çıxarmaqdansa, əksinə, "Azadlıq” qəzeti mövcud fəaliyyəti ilə aşkar şəkildə erməni mətbuatına böhtanlı, reallığı əks etdirməyən informasiyalar ötürülməsi barədə qarşısına qoyulan sübutlara qarşılıq olaraq susur – nə də inkar etmir. Susmaq razılıq əlamətidir deyirlər.

Qısası, Azərbaycanın "ənənəvi müxalifəti” adı altında demokratiya libası geyinib hər kəsə insan hüquqlarından, vətənpərvərlikdən dərs keçən radikal müxalifət və onun mətbuat orqanları ermənilərə və Azərbaycanı sevməyən bəzi qüvvələrə qulluq göstərir.

Ölkəmizdəki parlament seçkilərinə sayılı günlər qalıb. Təəssüf ki, Azərbaycanın milli maraqları haqqında fikirlər səsləndirən və erməni mətbuatı vasitəsilə gündəmdə qalmağa cəhd edən "Azadlıq” qəzeti bu dəfə də dövlətin, xalqın mənafeyinə qarşı olduqlarını sübut etmiş olur. Erməni mətbuatının "Azadlıq”a istinad etməsi - Ermənistanın "Panorama.am”, "Voskanapat.info”, "Armtoday.am” və digər saytlarının "vətənpərvərlərimizə” istinad etmələri bu sıradandır.

Məsələn, götürək Müsavat Partiyasının "azad seçki” şüarı ilə keçirdiyi mitinqini. Oktyabırn 25-də "Məhsul” stadionunda keçirilən mitinqə insanların maraq göstərməməsinə, müsavatçı namizədlərin "seçicilərlə görüşü” kimi qələmə verilən aksiyanın vaxtından gec başlamasına və tez bitməsinə rəğmən, "Azadlıq” qəzeti Müsavatın bu mitinqini geniş işıqlandırdı. Halbuki, Müsavat Partiyası ilə AXCP arasındakı mövcud vəziyyətin nə yerdə olduğunu ictimai-siyasi proseslərdən xəbəri olanlar yaxşı bilir. Bilməyənlər üçün isə qısa xatırlatma etmək yerinə düşərdi. 2013-cü ilin prezident seçkiləri ərəfəsində "Milli Şura”da təmsil olunan Müsavat Partiyası və onun keçmiş başqanı İsa Qəmbər seçkilərə az müddət qalmış "Milli Şura”dan bütün təmsilçiləri ilə birgə çıxdı. Bundan sonra AXCP ilə Müsavat arasında uzun müddətdir ki, davam edən soyuq münasibətlər daha da soyudu. Düşmənçilik həddinə qədər inkişaf edən münasibətlər hər iki siyasi partiyanın mətbu orqanlarına da sirayət etdi. "Azadlıq” və "Yeni Müsavat” qəzetləri arasında sosial şəbəkələrdə, mediada ictimai rəyə açıqlanmayacaq dərəcədə təhqirlər işlədildi. Hətta Müsavatda keçirilən başqanlıq seçkilərindən sonra yeni kresloya yiyələnmiş Arif Hacılı AXCP sədri Əli Kərimliyə iş birliyi təklif etsə də onun təklifi rədd edildi. Belə olan halda, Müsavat Partiyasının seçkilərlə bağlı keçirdiyi "azad seçki” şüarı altındakı mitinqinin, birdən-birə nəyə görə AXCP-yə xüsusi yaxınlığı ilə seçilən "Azadlıq” qəzeti üçün bu qədər maraq doğurması növbəti sualları yaratdı. Birincisi, son günə qədər Müsavatla düşmən mövqedə dayanan AXCP-nin mətbu orqanı hansı səbəbdən Müsavatın mitinqini dərhal öz səhifəsində geniş şəkildə işıqlandırdı?

İkincisi, həmin məlumat "Azadlıq” qəzetinin saytında və elektron variantında yayılandan dərhal sonra rus dilində Ermənistanın "Panorama.am” və s. saytlarında necə işıq üzü gördü? Bu, "Azadlıq” qəzetinin Müsavatla münasibətləri yenidən bərpa etmək istəyini deyil,  Ermənistan mətbuatı ilə qurduğu iş birliyinin aşkar göstəricisidir. Həm erməni mətbuatının, həm də "Azadlıq”ın eyni məqsədə xidmət etməsi sirr deyil.Əlbəttə ki, yuxarıda da qeyd etdiyimiz kimi, bunun müxtəlif dövlətlərdəki ölkəmizin inkişafını qəbul etməyən bəzi dairələrin ölkəmizə qarşı başlatdığı kampaniya ilə paralel getməsi müəyyən şübhələr doğurur və ölkəmizdə baş tutacaq demokratik seçkilərə kölgə salmaq məqsədi daşıyır.

Artıq hər kəsə bəllidir ki, Azərbaycan regionun ən demokratik dövləti kimi, bütün sahələrlə yanaşı, seçkilərlə də bağlı şəffaf və azad fəaliyyətini təmin edib. Ölkəmizdəki çoxpartiyalı sistem və azad mətbuat cəmiyyətdə fikir plüralizmini labüdləşdirib. Belə olan halda, bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycan sosiumunda da müxtəlif fikirlər səsləndirilir. Məhz buna görə də cəmiyyət haqlı olaraq, soruşur: nə üçün? Hansı səbəbə görə, Azərbaycana münasibətdə düşmən mövqe tutmuş Ermənistanın "Panorama.am”, "Voskanapat.info” və digər saytları ölkəmizin əleyhinə söylənilmiş fikirləri "Azadlıq”dan götürür, ona istinadlar edir? "Azadlıq”ın rəhbərliyini ermənilərlə birləşdirən ortaq "dəyər” nədir? Bu sualın cavabı birdir: regionda və beynəlxalq çərçivədə inamla irəliləyən Azərbaycanı bu yoldan çəkindirmək, azdırmaq…Seçkilər ərəfəsində isə sanki bu dairələrə bir impuls verilib.

Xalqımız isə milli maraqları satanları heç zaman dəstəkləməyib, bundan sonra da dəstəkləməyəcək. Ancaq sonda AXCP sədri Əli Kərimlinin 2013-cü il prezident seçkilərində işlətdiyi bir ifadə yada düşür – "Biz hakimiyyətə gəlmək üçün, hətta şeytanla da iş birliyinə getməyə hazırıq… "Milli Şura”nın seçkiqabağı toplantılarının birində onun bu "kəlamı” da  "Azadlıq”da işıqlandırılmışdı. Təbii ki, səhəri günü bu "kəlam” Ermənistan mətbuatında manşetə çevrilmişdi…



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ