"İslam dövləti” terrorçu təşkilatı Palmira antik şəhərində daha bir dağıntı törədib. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə An-Nahar TV xəbər yayıb.
Xəbərə görə, Palmiranın üç qədim sütunu partladılıb. Suriya insan hüquqları agentliyindən isə bildirilib ki, partladılmadan öncə həmin sütunların hər birinə bir nəfər bağlanıb. Beləliklə də dünyanın lənətini qazanmış terrorçu qrup həm insanları, həm də antik şəhərin daha bir parçasını məhv edib.
Bundan əvvəl İŞİD-in Palmiradakı qədim Roma amfiteatrını dağıdacağı ilə hədələdiyi barədə xəbər yayılmışdı.