Cümə günü, 19 iyun 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
"V mire jivotnıx" verilişini aparan alim Kürün 120 metr enində olan hissəsini üzüb o tərəfə keçdi"
Tarix: 27.10.2015 / 02:08
Bölmə: Gündəm
Qara Mustafayev: "Əslində riyaziyyatçı olmalı idim..."
"Şöhrət" ordenli Prezident təqaüdçüsü, təbiət alimi...
"Mən getdiyim qoruğun rəhbərliyinə xəbərdarlıq etmirəm, qəfil gedirəm"
Fikrimizcə, Qara Mustafayevi təqdim etməyə ehtiyac yoxdur, çünki bütün təbiətsevərlər onu yaxından tanıyır. Çoxlarımız onu "Təbiəti sevənlər" verilişinin müəllifi kimi tanımışıq. Biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin "Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiri Qara Mustafayev 60 ildən artıqdır təbiəti, bu uca məfhumun açılmayan sirlərini qətrə-qətrə öyrənir.
Üzümüzə gələn il 85 yaşını qeyd edəcək 84 yaşlı təbiət və elm fədaisi Qara müəllim müsahibimizdir.
- Yaşınızın bu çağında belə gümrah qalmağınızın səbəbkarı yəqin ki, ana təbiətdir. Təsadüfi deyil ki, sizə təbiət oğlu deyirlər. Təbiətlə ülfətiniz illərdir davam edir. Dostluğunuzun sirri nədədir?
- Bilirsiniz, hamı təbiətə yaxın olmaq, onunla təmas qurmaq, dost olmaq istəyir. Düz deyirsiniz, amma bu çoxlarına müyəssər olmur. Hesab edirəm ki, mənimlə təbiət arasında yaranan dostluq təsadüfi deyil. Bu məndə genetikdir. Yəni ona yaxınlıq genetik olmalıdır. Təbiəti sevmək, qayğısına qalmaq aldığım tərbiyə ilə bağlıdır həm də. Hər bir insanın ilk müəllimi təbiətdir. Əvvəl belə bir termin vardı - təlim-tərbiyə. İndi isə deyirlər ki, tədrisə aid olanları öyrədin, ancaq tərbiyəni çıxın ordan, vətəndaş yetişdirməklə cəmiyyət özü məşğul olmalıdır. Bizə icazə vermirlər tərbiyə işi ilə məşğul olmağa, bu işi cəmiyyətin ixtiyarına verirlər. Əslində isə təlim-tərbiyə paralel olub və bunları bir-birindən ayrı təsəvvür etmirdik. Təlim-tərbiyə bir yerdə tətbiq olunanda uşaqlar daim nəzarət altında olurdu. Biz bu təsirə bir kəlmə ilə sosioloji şərait deyirik. Sosioloji şərait özü böyük şərtdir. Uşaq nəzarətdən çıxdısa, istər-istəməz, küçənin təsirinə düşəcək.
- Sözsüz elədir...
- Uşaqlar bilik almalıdır, bununla yanaşı, onların tərbiyə məsələsinə də xüsusi fikir verilməlidir. Ümumiyyətlə, tərbiyə məsələsində ailə, dövlət, təhsil müəssisəsi bir olmalıdır.
- Hətta sizin bir fikriniz var: bilik ailədən başlayıb inkişaf edər...
- Bəli. Peyğəmbərimiz Məhəmməd əleyhsalamın belə bir sözü var: bilmədiyini öyrənməyəni, bildiyini öyrətməyəni göydə uçan quşlar, dəryada üzən balıqlar da lənətləyir. Bu tezisin mənə çox böyük təsiri olub.
- Bayaq dediniz ki, təbiətə bağlılığınız genetikdir. Bu xətt kimdən başlayır?
- Valideynlərimdən. Bir məsələni də deyim ki, mənim beşinci babam çox qeyri-adi insan olub. Bir sıra müsbət xüsusiyyətlərin genetik olaraq ondan keçdiyinə əminəm. Deyirlər ki, o, Şirvan mahalında dindar olub, çox böyük hörmətə sahib imiş. 100 ilə qədər yaşayıb, həyatında bir amalı olub-zərərsiz yaşamaq, heç bir canlıya ziyan vurmadan həyatını sürüb. Çox halal adam kimi yaşayıb.
- Bioloq olmaq yəqin ki, uşaqlıq arzunuz olub?
- Əslində riyaziyyatçı olmalı idim. Çünki məktəbimizdə əslən Şəkidən olan Abid adlı riyaziyyat müəllimimiz vardı, olduqca yaxşı dərs keçirdi. Bir qız, mən də daxil olmaqla, üç oğlan şagirdi həmişə müdafiə edir, qayğımıza qalır, bizim hər yerdə irəlidə olmağımıza çalışırdı.
Yaxşı yadımdadır, coğrafiya müəllimi mənə 3 yazmışdı, 7-ci sinifdə oxuyurdum. Onda Abid müəllim pedaqoji şurada mənə 3 yazan müəllimlə dalaşıb ona demişdi ki, o uşaq riyaziyyatı əla bilir, yüksək qiymət alır, əgər sənin fənnindən 3 alırsa təqsir özündədir, fənnini sevdirə bilməmisən. Bioloq olmağıma gəlincə, 9-cu sinifdə oxuyanda bir kimya-biologiya müəllimim vardı. Əsilli-nəsilli adam idi, Kürdəmirin özündən idi. O məni bu sahəyə yönəltdi. Kür çayı ilə Kürdəmirin rayon mərkəzi arasında məsafə o qədər də uzaq deyil, maşınla, atla təxminən yarım saatlıq yoldur. Onuncu sinfi bitirənə qədər atam atla Kür qırağına getməyə qoymurdu, deyirdi, bala, birdən at səni yıxar, bədbəxtçilik olar, getməyin vacibdirsə, maşın tapıb səni ora göndərim. Mən ondan xəlvət atı minib çapırdım Kürqırağı meşəyə. Gedib Kürə, meşəyə baxırdım. Yaxşı ki, üzüb Kürü keçmək ağlıma gəlmirdi.
- Kürün o üzü gələcəyin bioloquna maraqlı gəlmirdi, yoxsa başqa səbəb vardı?
- Qorxurdum, qorxu olmasaydı, yəqin ki, üzüb keçərdim. Drazdov vardı, Moskvada "V mire jivotnıx" verilişini aparırdı. Bir dəfə onu Kürdəmirə aparmışdım, onu Kür qırağına gətirib demişdim ki, bir dəfə Kürü üzüb o yana keçmək istəyirdim, ancaq qorxub keçmədim. Dedi yaxşı edib qorxmusan, amma mən üzüb keçəcəyəm. Üzüb keçdi, çayın eni o hissədə 120 metrdir, yenidən üzüb geri qayıtdı.
-Ümumiyyətlə üzə bilmirsiniz?
- Üzürəm, ancaq 15-20 metr.
- Bildiyim qədər, Azərbaycanda biologiya sahəsində azsaylı alimlərdənsiniz ki, o dövrdə SSRİ məkanında aparılan ekspedisiyalarda iştirak etmisiniz. Bu ekspedisiyalarda iştirakınız necə mümkün olurdu?
- Mən özümün Moskvadakı zadəgan müəllimlərimə çox minnətdaram, məni bir alim kimi onlar yetişdirib. Müsbət keyfiyyətlərin əksəriyyətini onlardan əxz etmişəm.
Keçmiş SSRİ-də getmədiyim yer, iştirak etmədiyim ekspedisiya olmayıb. Adətən bir gün əvvəl zəng edirdilər ki, sabah axşam reysi ilə Daşkəndə uç, biz də Moskvadan gəlirik, Qızılqumu gəzməyə gedirik. Bu ekspedisiyalar sayəsində keçmiş SSRİ məkanında gəzmədiyim yer yoxdur. Hətta bir müddət akademik Sokolov Tropkaya getmək istəyirdi. Baxmayaraq ki, qayınatası Mərkəzi Komitənin katiblərindən biri idi, ancaq onu qoymadılar. Mərkəzi Komitədən dedilər ki, Arxangelskdən Alma-Ataya qədər dünyanın bütün iqlim formaları, bütün landşaftları var, bu sizə kifayət etmirmi, hələ bir Afrikaya getmək istəyirsiniz? Bizim özümüzün Afrikamız var, zəhmət çəkib onu öyrənin. Stalinin əmrində deyilirdi bunlar. Bax, XX əsrin ortalarında güclü tədqiqat aparılırdı. Qoyun bu yaşımda bir həqiqəti də deyim: çox təəssüf ki, XX əsrin ortalarına qədər təbiət haqqında heç elm qayğıkeş olmayıb. Elmin məqsədi o olub ki, təbii sərvətlərdən maksimum dərəcədə necə istifadə etsinlər.
- Təbiəti istismar ediblər...
- Burada təbiətə qəsd etmək məsələsi yox idi. Bu, Aristotel dövründən başlayaraq belə olub. Tüfəng çıxmamışdan əvvəl tərlanı, qızılquşu qol üstə qoyub ov ovlayan çağlarda məqsəd təbiətdən istifadə etmək idi. Belə bir yanaşma var: təbiətdə nə varsa, hamısı insan üçündür. İnsan təbiətin əşrəfidir. Əşrəf o deməkdir ki, qılıncını, tüfəngini götürüb təbiətə hücum etməlidir? Bilmək lazımdır ki, təbiəti məhv edən özünü də məhv etmiş olur. Mənim bir sözüm var: adamı tüfənglə öldürmək suyu, ərzağı zəhərləməkdən yaxşıdır. Tüfənglə bir güllə vurur, insan əzabsız ölür, amma ekologiya zəhərlənəndə insan tədricən məhv olur.
- Bakı Dövlət Universitetində neçə ildir işləyirsiniz?
- 1954-cü ildə Bakı Dövlət Universitetinə gəlmişəm. Sonra Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstərmişəm. 2 il orada elmi işçi işləmişəm. 1960-cı ildən Bakı Dövlət Universitetində müəllim işləyirəm. Düz 55 ildir davamlı olaraq buradayam və qətiyyən də peşiman deyiləm. Mən BDU-nun biologiya fakültəsinin 3-cü kursunda oxuyanda bura yarımştat laborant götürüblər.
- 55 il az müddət deyil, hardasa bir insan ömrüdür. Siz burada işə başlayanda milli kadrlar çox idimi?
- Milli kadrlar vardı, amma çox deyildi, səviyyə çox zəif idi. Yüksək elmi dərəcəli iki nəfər erməni, bir nəfər rus işləyirdi, azərbaycanlılar əsasən aşağı vəzifələrdə çalışırdı, assisent, laborant kimi. BDU-da zoologiya üzrə ilk dəfə müdafiə edən Kamal Məmməd oğlu Qənbərov olub, Tovuzdan idi. O, dossent vəzifəsindən yuxarı qalxa bilmədi, imkan vermədilər. Birinci dəfə zoologiyadan doktorluq müdafiə edən qarşınızdakı Qara müəllimdir. Namizədlik dissertasiyasını Azərbaycan Elmlər Akademiyasında, doktorluq işimi isə burada yazıb 1985-ci ildə Moskva Dövlət Universitetində müdafiə etmişəm. Rus alimləri ilə sıx əlaqəmiz olub, məni həmişə bəyənib, mənimlə dostluq ediblər. Təsəvvür edin ki, 1988-ci ildə SSRİ Orintologiya Cəmiyyəti yaradılıb və onun təsisçilərindən biri mən olmuşam. Bu Cəmiyyətin Qafqaz üzrə kuratorluğu mənə həvalə edilib.
- Bəs müəllim kadrlarının hazırlığı hansı səviyyədədir?
- Bu gün Azərbaycanda güclü alim kifayət qədərdir. Yüksək ixtisaslı kadrlar çoxdur. Bu gün ölkəmizdə Həsən bəy Zərdabinin və digər maarifçilərin yolunu davam etdirən maarifçilər az deyil. Amma fikir vermişəm, bu günkülərə də, keçmiş insanlara da, hələ zirvəyə çatan çox azdır. Alimlərdə bir sahə inkişaf edib, o biri zəifdir. Mən elm sahəsində xeyli iş görmüşəm, 1000 məqaləm, 60 kitabım var, saysız maarifçilik işlərim, proqramlarım olub. Pedaqogika sahəsində də saysız iş görmüşəm, 20-yə yaxın yeni konsepsiya, istiqamət açmışam. Novator alim kimi öndə olmuşam. Elə bir insan göstərin ki, o, qırx il ayda iki dəfə yarım saat olmaqla proqram aparsın, əhalinin maariflənməsi ilə məşğul olsun. Mən bir elm adamı kimi üç cəbhədə çalışmışam və hamısında da insanlara gərək olmuşam. Fəaliyyətimlə yerli-yataqlı tanış olan bir türk alimi mənə sual verdi ki, nəyə nail ola bilməmisən? Dedim ki, müasir dövrdə ekologiyanın yüksək səviyyədə öyrənilməsini tədris planına saldıra bilməmişəm. Bir də islam dininin elminə vurğunam. O alimə dedim ki, bəzi təəssüflərim var. Soruşdu ki, nə təəssüfdür elə? Cavab verdim ki, islam dininin tələbləri ilə islam dininə tapınanların əksəriyyətinin tətbiq etdikləri uyğun gəlmir.
- Bəzi insanlar mənəvi dəyərlərə niyə ikinci dərəcəli bir məsələ kimi baxır?
- Narahatlığınızı bölüşürəm, indi insanlar maddiyyatın ardınca gedir, mənəvi dəyərləri unudur. Uzağa getməyək, toylara baxaq, görün, insanlar nə qədər israfçılıq edir, bir-birindən üstün olmaq üçün əldən gedirlər. Əslində isə insanda birinci keyfiyyət mənəvi keyfiyyət olmalıdır, mənəviyyat maddiyyatın kölgəsində qalmamalıdır.
- Qara müəllim, saysız kitablar, saysız məqalələr, təbiəti sevdirməklə bağlı təbliği proqramlar və s. sizin yaradıcılığınızı əhatə edir. Mən bura pedaqoji fəaliyyətinizi, yeni elmi kadrların yetişdirilməsi kimi nəcib işinizi də əlavə edirəm. Dövlət sizin əməyinizə qiymət veribmi?
- Sirr deyil ki, özünə alim deyənlərin bir qismini nə elm, nə də mənəvi dəyərlər maraqlandırır, onlar maddiyyata maraq göstərir...
- Doğru deyirsiniz. Təəssüf ki, bu hala da rast gəlirik. Hər diplomu olan alim deyil. Yenə də ulularımıza qayıdıram: alim olmaq asandır, insan olmaq çətindir. Sizin dediyiniz çatışmazlıq insanlığın zəifliyindən irəli gəlir.
- Mən universitetdən, onun rəhbərliyindən çox razıyam. Dövlətimiz də məni qiymətləndirib. "Şöhrət" ordeni ilə təltif edilmişəm, Prezident təqaüdünə layiq görülmüşəm. Bu mənim yaşamağıma ciddi dayaq durur. Vaxt vardı ki, kitab mağazasına girirdim və xoşuma gələn kitabları ala bilmirdim, ancaq bu gün təqaüd aldığım üçün istədiyim kitabları da alıram, dava-dərmanımı da. Razıyam.
- Siz bu yaşınızda da tez-tez bölgələrdəki qoruqlara gedirsiniz... Qoruqlarda vəziyyət necədir? Qanunsuz ovçuluq halları olurmu?
- Bu gün qoruqlara dövlət böyük qayğı ilə yanaşır. Qoruqların vəziyyəti yaxşılaşıb. Bu gün Azərbaycanda 12 qoruq, 9 milli park, 24 dövlət yasaqlığı, 12 dövlət ovçuluq təsərrüfatı var. Bunların hamısının rejimi, qayda-qanunu beynəlxalq tələblərə uyğundur. Hansı ölkə olursa olsun, onun ərazisinin 10 faizə qədəri xüsusi rejimlə qorunan ərazidirsə, o məqbul hesab olunur. Bizimki 11 faizdir. Ovçuluq müvəqqəti olaraq dayandırılıb. İstərdim ki, bu qadağa heç olmasa 20 il davam etdirilsin. Bu gün qadağanı 1-2 faiz pozur, əvvəlki dövrlərdə 50 faiz pozurdu. Bayaq sizə dedim ki, 20-ci əsrin 50-ci illərinə qədər bütün dünya elmi təbiəti istismarla məşğul olub. 50-ci illərdən sonra Avropa, sonra isə ABŞ qərara gəlib ki, əgər 50 il də bu qayda ilə bəşəriyyət təbiətlə rəftar etsə, məhv olacaq, planet idarədən çıxacaq...
Mən özüm tez-tez Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəttilə qoruqlara gedir, oradakı vəziyyəti müşahidə edirəm. Hər dəfə də fikir verirəm, görüm, burada ov edilirmi. Belə hala rast gəlmirəm. Mən getdiyim yerin, qoruğun rəhbərliyinə xəbərdarlıq etmirəm, qəfil gedirəm, nazirlikdən icazə veriblər.
İradə SARIYEVA
DİGƏR XƏBƏRLƏR
Tarix: 19.06.2026 / 18:01
Kılıçdaroğlu Dəniz Baykala qarşı intim video komplosu ilə necə CHP başqanı oldu? –
Vikiliks açır...
Tarix: 19.06.2026 / 11:24
Özəl yeni partiya yaratmaq istəmədiyini dedi -
amma qurultay tələbi keçməzsə...
Tarix: 19.06.2026 / 08:45
Sənətçi etiraz etdi -
“Xəbərim yoxdu…”
Tarix: 18.06.2026 / 14:23
Kılıçdaroğlu öz oğlunun da dəstəyini ala bilmir...
Tarix: 17.06.2026 / 22:11
Tramp İran məsələsində “günah keçisi”ni tapdı -
Vens “gedəcək”…
Tarix: 16.06.2026 / 18:39
Cənubi Koreya millisi medianı boykot qərarı verdi -
Dünya Kuboku bitənə kimi…
Tarix: 16.06.2026 / 17:47
Köçəryanın ölkədən çıxışına imkan verilmədi, hava limanında sənəd yoxlanışı görüntüləri mediaya sız(dırıl)dı
Tarix: 16.06.2026 / 06:15
ABŞ-nin Ermənistana marağının uzun bir tarixi varmış -
ekspert sonu TRİPP-ə bağladı
Tarix: 09.06.2026 / 12:34
Özgür Özelin təklifi Kılıçdaroğlunu çaşdırdı...
Tarix: 09.06.2026 / 12:10
Özgür Özəlin Ərdoğana cavabı bütün Türkiyənin gündəminə çevrildi...
Tarix: 09.06.2026 / 07:02
Köçəryan seçkinin nəticələrinə inanmır -
etirazlar gündəmdə…
Tarix: 05.06.2026 / 10:57
Bizim ölkənin adı "Ştrafıstan" deyil -
Prezident etiraz etdi, deputat "dala verdi"...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 18.06.2026 / 17:57
Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...
Tarix: 18.06.2026 / 15:31
"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...
Tarix: 18.06.2026 / 11:35
Tramp dünyanı yenə heyrətləndirdi...
SON XƏBƏRLƏR
19.06.2026 / 19:03
Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət etdi
19.06.2026 / 18:36
Hörmüzün açılması neftin qiymətinə və dolların nüfuzuna maraqlı təsir göstərdi...
19.06.2026 / 18:15
Abituriyentlərin 40 faizə yaxını imtahanlarında 200-dən az bal toplayıb...
19.06.2026 / 18:01
Kılıçdaroğlu Dəniz Baykala qarşı intim video komplosu ilə necə CHP başqanı oldu? –
Vikiliks açır...
19.06.2026 / 17:46
Ceyhun Bayramov Almaniya səfiri Horlemannı qəbul edib
19.06.2026 / 17:36
Paşinyan 7 iyun seçkidən sonra Avrasiya İqtisadi Birliyinə münasibətini dəyişir...
19.06.2026 / 17:32
Ermənistan kömək üçün Avropanın qapısında rəsmi "əl açıb"...
19.06.2026 / 17:23
“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib
19.06.2026 / 17:23
Ermənistanda müxaliflərin kütləvi həbs mərhələsi başladı...
19.06.2026 / 17:16
Dünyada gübrə bahalaşır, amma ölkəmizin gübrə gəliri azalır...
Niyə?
19.06.2026 / 17:11
Trampın “daha yaxşı” dediyi İran razılaşmasının Obama sazişindən ciddi fərqi yox imiş ki...
19.06.2026 / 17:03
Moskvada azərbaycanlı biznesmenlərin bazarını Ukrayna vurmadı
-iddia...
19.06.2026 / 16:50
Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu
19.06.2026 / 16:31
Süni intellektin yayılması Azərbaycan ombudsmanı qarşısında tələblər qoydu...
19.06.2026 / 16:05
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı -
FOTO
19.06.2026 / 15:47
Netanyahu yenə meydan oxudu -
“İsrail qoşunları Livandan çıxmayacaq…”
19.06.2026 / 15:41
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi...
- FOTO
19.06.2026 / 15:34
Lavrov NATO-Rusiya danışıqlarını aldadıcı taktika adlandırdı -
“…diplomatik örtükdür”…
19.06.2026 / 15:07
Daha 80 nəfər Xankəndi və Ağdərəyə köçdü...
19.06.2026 / 14:59
NATO və ABŞ şübhəli şəkildə razılaşdılar -
3.0 konsepsiyası...
19.06.2026 / 14:48
Bəzi sahibkarlara elektrik qoşulması üçün dövlət dəstəyi veriləcək
19.06.2026 / 14:46
Məktəbəqədər təhsildə yeni model tətbiq ediləcək
- Prezident fərman imzaladı...
19.06.2026 / 14:42
İsraildə Trampa qarşı təhqiramiz media kampaniyası başladıldı -
"80 yaşlı uşaq"...
19.06.2026 / 14:41
“Vətənpərvərlər Maarifləndirmə” İB-yi 18 iyunda Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib
19.06.2026 / 13:58
Benzin və dizeldən imtinaya çağıran sanballı dövlət başçılarından kim(lər) elektromobildə gəzir?..
19.06.2026 / 13:32
Azərbaycanda utilizasiyaya verilən avtomobillərin sayı 30 mini keçdi...
19.06.2026 / 13:18
14 bəndlik razılaşmanı kim üddü -
Tramp, ya Xamenei?..
19.06.2026 / 13:11
Prezident "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqlədi
19.06.2026 / 13:10
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi
19.06.2026 / 13:03
Media ilə bağlı qanun layihəsi ilk oxunuşda təsdiqləndi...
19.06.2026 / 12:49
Reuters: “SEPAH İraqda Körfəz ölkələrinə qarşı gizli qruplar yaradıb”
19.06.2026 / 12:46
CNN:ABŞ və İran memorandumu üçün gizli icra planları hazırlanır
19.06.2026 / 12:16
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi
- FOTO
19.06.2026 / 11:57
Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur...
19.06.2026 / 11:46
"Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır"
- Prezidentin köməkçisi
19.06.2026 / 11:30
ABŞ ordusu Sakit Okeanda daha bir narkoticarət gəmisini "ovladı"
19.06.2026 / 11:24
Özəl yeni partiya yaratmaq istəmədiyini dedi -
amma qurultay tələbi keçməzsə...
19.06.2026 / 11:11
Şəmkirdə aqrar sahəyə dair regional müşavirə keçirilir
19.06.2026 / 08:52
Vens İsveçrəyə getməyəcək -
səbəb Livanla bağlıdır?..
19.06.2026 / 08:45
Sənətçi etiraz etdi -
“Xəbərim yoxdu…”
19.06.2026 / 08:30
Vensdən İsrailə xəbərdarlıq -
“Tramp sizin yeganə müttəfiqinizdir…”
18.06.2026 / 23:28
Düşmənə sipər və üzü...
Naxşıvan diyarına baxan dağlar....
18.06.2026 / 23:14
Vüsalın Vətən sevgisi həyatı üçün istinad yeridir...
18.06.2026 / 22:50
Prezidentin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimindən görüntülər paylaşılıb
- VİDEO
18.06.2026 / 21:53
Ermənistanın revanşçı müxalifəti “Qarabağ iddialarını” yenidən rəsmən qaldırdı...
18.06.2026 / 21:19
Böyük 7-lər Trampın Ukrayna siyasətinin dəyişdiyini yekun bəyanata daxil etdilər...
18.06.2026 / 20:31
Erməni məhsulları Avropa bazarına “su kimi axacaq”
- ildə 420 milyon...
18.06.2026 / 19:37
Netanyahu Trampı saymadı
– Livandan geri çəkilməyəcəyik...
18.06.2026 / 19:22
Bəzi ixracatçı sahibkarlar Azərbaycan dövlətindən əlavə pul alacaqlar...
18.06.2026 / 19:05
Zaxarova Kallasın açıqlamasını absurd adlandırdı
18.06.2026 / 18:41
Ermənistanın KTMT-də səsvermə hüququ ləğv edilə bilər...
18.06.2026 / 18:14
Rusiya Ermənistana nota verdi
– “çaşqınlıq içindəyik”...
18.06.2026 / 17:57
Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...
18.06.2026 / 17:53
Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib
18.06.2026 / 17:40
Azərbaycanın kamandan oxatma üzrə idmançısı IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb
18.06.2026 / 17:35
"Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir"
- DİN rəsmisi
18.06.2026 / 17:22
Rusiyanın İranla aviasiya ticarəti yenidən qızışdı...
Hələlik 20 helikopter...
18.06.2026 / 17:16
Avropadan Ukraynaya hərbi təyyarələrin yeni axını başladı...
18.06.2026 / 16:59
20 il idarə etdiyi müəssisəni "Korrupsiya" yoxlayır, özünə yeni vəzifə verirlər
- MÜƏMMA...
18.06.2026 / 16:52
Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri Bakıda müzakirə edildi
18.06.2026 / 16:44
Tramp Yaxın Şərqi şiə-sünni müharibələrinə çəkir
- "Böyük 7-lər" niyə susdu...
18.06.2026 / 16:27
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
18.06.2026 / 16:19
Tramp İranı hər an yenidən bombalayacağını bəyan etdi...
18.06.2026 / 16:00
Məhkəmə qərarı ilə partiya başqanlığına gətirilmiş Kılıçdaroğlu qurultaydan niyə qorxur?..
18.06.2026 / 15:56
Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...
18.06.2026 / 15:31
"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" -
İddia...
18.06.2026 / 15:19
Abşeronda elektrik naqillərini oğurlayan dəstə ifşa edildi
18.06.2026 / 15:00
Ermənistanın Avropa planı Rusiyanın Türkiyə ilə dəmiryolu bağlantısını gündəmdən silir...
18.06.2026 / 14:40
Paşinyan Aİİ-nin Hökumətlərarası Şurasının iclasında iştirak edəcək
18.06.2026 / 14:37
İki qadının "eqo savaşı" Avropa İttifaqını yaman günə qoyacaq...
18.06.2026 / 14:23
Kılıçdaroğlu öz oğlunun da dəstəyini ala bilmir...
18.06.2026 / 14:13
Tramp İranla saziş imzalanma planını gözlənilmədən dəyişdi...
18.06.2026 / 14:03
47 illik düşmənçilik, 119 günlük müharibədən sonra ilk ABŞ-İran sazişi...
– TAM MƏTN...
18.06.2026 / 13:51
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
18.06.2026 / 13:44
"Ermənistan rəhbərliyi soydaşlarımızın öz doğma torpaqlarına qayıdışına şərait yaratmalıdır"
- Əziz Ələkbərli
18.06.2026 / 13:36
Rusiya bazarlarından qaçan Ermənistanın Avropada da işi gətirməyə bilər...
18.06.2026 / 13:33
Paşinyan seçki sonrası "üçbaşlı mafiyanın" məhvində qərarlıdır -
"bunu məndən xalq istəyir"...
18.06.2026 / 13:28
Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin ilk təlimi
18.06.2026 / 12:56
Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib
- FOTO
18.06.2026 / 12:55
Bir memar tanıyıram...
18.06.2026 / 12:49
Aspendosda nadir tarixi olay -
Roma “çay tanrısı” kəşf edilib
Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...
Populyar xəbərlər
Tarix: 21.05.2026 / 18:44
“Abituriyentləri dolaşdıran bir sual göstərin”
- Abbaszadənin cavabı verildi...
Tarix: 04.06.2026 / 11:59
Ləyaqətli məmur, bacarıqlı rəhbər...
Tarix: 23.05.2026 / 18:36
Azərbaycanlı rejissor Saida Haqverdiyeva Türkiyədə “Gümüş Karyera” beynəlxalq mükafatına layiq görülüb
Tarix: 23.05.2026 / 10:58
Galt & Taggart:Bakı–Tbilisi dəmir yolunun yenidən açılması 2026-cı ildə turizmə müsbət təsir göstərəcək
Tarix: 13.06.2026 / 19:08
Mingəçevir Dövlət Universiteti Beynəlxalq RUR reytinqində: İlk iştirakdan uğurlu nəticə
XƏBƏR ARXİVİ