Bu gün Pakistanda və Əfqanıstanda baş verən zəlzələ nəticəsində 250 nəfər həlak olub. Bu barədə baki-xeber.com kommersant.ru-ya istinadən bildirir.
Xəbərə görə, Pakistanən şimalında 200-dən artıq insan dağıntılar altında həyatını itirib, 750 nəfər yaralı qeydə alınıb. Əfqanıstanda isə ölənlərin sayı 44 nəfər, yaralı sayı isə 150 nəfər təşkil edib.
7,5 bal gücündə qiymətləndirilən zəlzələnin özəyi 212,5 kilometr dərinlikdə, Jarm şəhərindən 45 km cənub-qərb istiqamətində olub. Yeraltı təkanların Hindistan, Qırğızıstan, Qazaxıstan və Azərbaycanda hiss olunduğu bildirilir.