Səudiyyə Ərəbistanında məsciddə intiharçının partlayıcıni işə salması nəticəsində azı iki nəfər həlak olub. Bu barədə baki-xeber.com gazeta.ru saytından məlumat əldə edib. Hadisənin Nacran şəhərində axşam namazı zamanı baş verdiyi bildirilir.
Daha öncə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi hüquq-mühafizə orqanları əməkdaşları ilə "İslam dövləti” terrorçu qruplaşmasına yaxın olmaqda şübhəli bilinən iki qardaş arasında atışma çıxması barədə xəbər vermişdi.