Baki-xeber.com xəbər verir ki, bu sözləri Secki-2015.az saytına "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev noyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlıq prosesləri ilə bağlı danışarkən deyib. O bildirib ki, İctimai Birlik tərəfindən seçki prosesi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb: "Vətəndaşlar hər bir namizədin platformasıyla yaxından tanış olmalı, müqayisə apararaq düzgün seçim etməlidirlər”.