Görüşlərdə oktyabrın 9-10-da Bolqarıstanda təşkil edilmiş Ali Səviyyəli Toplantının nəticələri müzakirə edilib. Bundan başqa, IV Qlobal Bakı Forumu və toplantıda müzakirəyə çıxarılacaq məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Avropanı və dünyanı narahat edən mövzuların müzakirə ediləcəyi qlobal bir platforma yaratmasının əhəmiyyəti vurğulanıb. Monteneqro və Xorvatiya Prezidentləri təşkilatın növbəti Ali Səviyyəli Toplantılarını öz ölkələrində keçirilməsini təklif edib.
Qeyd edək ki, Qlobal Bakı Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.