Azərbaycanda keçiriləcək parlament seçkilərində gənclər xüsusi fəallıq nümayiş etdirəcək. Baki-xeber.com Seçki-2015.az saytına istinadən xəbər verir ki, "Neurope.eu” saytında dərc edilən məqalədə belə deyilir.
Müəllif Marina Alamon diqqəti bu ilin iyununda keçirilən "Bakı-2015” ilk Avropa Oyunlarına yönəldərək, bu beynəlxalq tədbirdə də azərbaycanlı gənclərin göstərdikləri fəallığı xüsusi vurğulayıb. Qeyd olunub ki, bu ölkədə gənclərin kifayət qədər nümunəvi təcrübəsi var və bu, parlament seçkilərində də özünü göstərəcək.
"Builki parlament seçkilərində 63 500 gənc ilk dəfə səs verəcək Həmçinin namizədlər arasında da kifayət qədər gənc var”,- deyə məqalədə Mərkəzi Seçki Komissiyasına istinadən qeyd olunur.