Kanada sahillərində kruiz gəmisi batıb. Baki-xeber.com-un "Интерфакс"-a istinadən xəbərinə görə, xilasedicilər sudan 5 nəfərin meyitini çıxarıb. 21 nəfər isə xilas edilərək xəstəxanalara yerləşdirilib. Hazırda 1 nəfərin axtarışları davam edir.
Daha öncə verilən xəbərə görə, bazar ertəsinə keçən gecə Kanadanın Britaniya Kolumbiyası əyalətinin Tofino şəhəri sahillərində içərisində 28 sərnişin və ekipaj üzvləri olan "Leviafan II” kruiz gəmisi batıb. Gəminin Jamie's Whaling Station and Adventure Centres kompaniyasına aid olduğu bildirilir. O da bildirilir ki, gəminin dənizə çıxışı turistlərin balinaları müşahidə etməsi məqsədi daşıyıb. Qəzanın səbəbləri barədə heç bir informasiya yoxdur.