Suriya paytaxtı Dəməşqdə Rusiyadan olan parlamentarilərlə görüşən Bəşər Əsəd onlara növbədənkənar seçki keçirməyə hazır olduğunu bildirib. Bu barədə baki-xeber.om Anadolu Agenliyindən xəbər əldə edib.
"Əsəd dedi ki, xalq dəstəkləyərsə, ölkədə sülhün və əminamanlığın bərqərar olması üçün bütün qrupların iştirakı ilə növbədənkənar seçki keçirməyə, hətta xalqın istəyi olarsa, özü də bu seçkilərə qatılmağa hazırdır” – deyə nümayəndə heyətinin tərkibidə Dəməşqə getmiş Rusiya Kommunist Partiyasından deputat Aleksandr Yuşşenko bildirib. Onun sözlərinə görə, Əsəd Suriyaya dəstəyinə görə Rusiyaya təşəkkür edib, eyni zamanda bu ölkənin şirkətlərini əməkdaşlığa dəvət edib.