Suriya ordusu Həma şəhəri yaxınlığında "Ən-Nüsra Cəbhəsi” terrorçu təşkilatının komandirlərindən olan Əli ət-Türkini məhv edib. Bu barədə baki-xeber.com-a Anadolu Agentliyindən bəlli olub.
"Mühacir ləqəbli Əli Ət-Türki məhv edilib, o, Türkiyə vətəndaşı idi” – deyə xəbərdə bildirilir. Daha öncə verilən xəbərə görə, Suriyanın Aleppo şəhəri yaxınlığında "Ən-Nüsra Cəbhəsi”nin başçısı, misirli Əbu Süleyman Əl-Məsri məhv edilib.