İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Ramazan Şərifin Fars rəsmi xəbər agentliyinə bildirdiyinə görə, İran Suriyadakı hərbi kontingentini artırmaqla bağlı qərar qəbul edib. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir.
Şerif, eyni zamanda, Suriyada İranın 15 hərbçisinin həlak olması barədə deyilənləri təkzib edərək bildirib ki, Suriyada İranın Abdulla Bakiri və Emin Kərimi adlı iki hərbçisi həlak olub. Digər tərəfdən SEPAH-a yaxınlığı ilə tanınan "seratnews.ir" portalı Suriyada İranın "Famiyyun” batalyonunun komandirlərindən biri Rza Xavərinin həlak olduğu barədə xəbər yayıb. Həmin portalın xəbərinə görə, bununla da Suriyada ölən İran hərbçilərinin sayı 8-ə çatıb.