ABŞ dövlət katibi con Kerri Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləzizlə görüşüb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinin xəbərinə əsasən bildirir.
Xəbərdə qeyd olunur ki, nümayəndə heyətilə Səudiyyə Ərəbistanına gələn Con Kerri Ər-Riyadın Kral Sarayında kral Salmanla görüşüb. Tərəflərin görüşündə regiondakı, əsasən də Fələstindəki mövcud situasiya əsas müzakirə mövzusu olub.
Kralla görüşündən sonra dövlət katibi Səudiyyə taxtının varisi Məhəmməd bin Nayif bin Əbdüləzizlə də görüşüb.